ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində növbəti görüş uğurla baş tutub. Bu dəfəki mövzumuz “Hobbies and Free Time” idi. Görüş zamanı tələbələr dinləmə bacarıqlarını inkişaf etdirmək məqsədilə xüsusi hazırlanmış mətn üzərində işləyib və mövzu ilə bağlı sual-cavab sessiyasında fəal iştirak ediblər. Eyni zamanda, qrammatika hissəsində “I like / I don’t like” strukturları ətraflı izah olunub və praktik tapşırıqlar vasitəsilə möhkəmləndirilib. Tələbələr öz hobbiləri və asudə vaxtlarını necə keçirdikləri barədə fikirlərini ingilis dilində ifadə etmək imkanı qazanıblar. Görüş interaktiv, maraqlı və öyrədici mühitdə keçib. Bütün iştirakçılara təşəkkür edir və növbəti sessiyalarda yenidən görüşməyi səbirsizliklə gözləyirik!
Bizimlə əlaqə
Yasamal tədris binası:
Bakı şəhəri, İnşaatçılar pr.45
Telefon: +99412 539 11 71
Email: [email protected]
İş saatları: 09:00 - 18:00
Sabunçu tədris binası:
Bakı şəhəri, Yusif Qasımov küç., 41
Telefon: (+994 12) 550-81-83
Email: [email protected]
İş saatları: 09:00 - 18:00