2-3 il
Müddəti
Azərbaycan/Rus
Bölmə
040103
İxtisasın kodu
Əyani
Tədris forması
Hər bir fərdin fərqliliyini qəbul edən və onların potensialını maksimum inkişaf etdirməyə yönəlmiş müasir təhsil modelidir. Bu ixtisas, fiziki və ya zehni məhdudiyyətlərindən asılı olmayaraq bütün uşaqların bərabər imkanlarla təhsil almasını təmin edir. Müəllimlərə pedaqoji bacarıqlar, fərdi yanaşmalar və inklüziv metodlar öyrədilir. Bu sahə, cəmiyyətə sosial ədalət və empatiyanı aşılayaraq, daha humanist gələcəyin əsasını qoyur.
Nələri Öyrənəcəksiniz?
- Fərdi yanaşma bacarığı – Hər uşağın ehtiyacına uyğun tədris metodunu seçməyi təmin edir.
- Empati bacarığı – Uşaqların hisslərini və çətinliklərini daha yaxşı anlamağa kömək edir.
- Kommunikasiya bacarığı – Müəllim, uşaq və valideynlər arasında effektiv ünsiyyət qurmağa şərait yaradır.
- Problem həll etmə bacarığı – Tədris zamanı ortaya çıxan çətinlikləri düzgün şəkildə analiz edib aradan qaldırmağa imkan verir.
Karyera imkanları
- İnklüziv məktəblərdə
- Ümumtəhsil məktəblərində
- Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrində
- Korreksiya-reabilitasiya mərkəzlərində
- Ailədə və uşaq poliklinikalarında xüsusi pedaqoq kimi
Tədris prosesi
- Ümumi orta təhsil bazasında qəbul olan tələbələr I kurslar yanvar ayına kimi KSQ imtahanları və yanvar ayında BSQ imtahanı verirlər. Növbəti semestrdə də iyun ayına kimi KSQ, sonra sessiya imtahanı verirlər.
- II kurslarda yanvar ayına kimi kollokviumlar keçirilir.Yanvar ayında sessiya imtahanı olur. Növbəti semestrdə də eyni qaydada kollokviumlar keçirilir. İyun ayında sessiya imtahanı təşkil olunur.
- III kursda yanvar ayına qədər kollokviumlar keçirilir və yanvar ayında sessiya imtahanı təşkil olunur. Fevral ayından təcrübəyə gedirlər.
Keçid balı
- Ümumi orta təhsil bazası, ödənişli əsaslarla, əyani – Az bölməsi 90.2 bal
- Ümumi orta təhsil bazası, dövlət sifarişli, əyani – Az bölməsi 107.4 bal
- Ümumi orta təhsil bazası, dövlət sifarişli, əyani –Rus bölməsi 64.8 bal
- Tam orta təhsil bazası, ödənişli əsaslarla, əyani – Az bölməsi 107.6 bal
- Tam orta təhsil bazası, ödənişli əsaslarla, əyani –Rus bölməsi 87.6 bal
- Tam orta təhsil bazası, dövlət sifarişli, əyani – Az bölməsi 124.3 bal
- Tam orta təhsil bazası, dövlət sifarişli, əyani –Rus bölməsi 99.5 bal
1200 AZN
Təhsil haqqı
120
Kredit
66-100 AZN
Təqaüd
Kollecin təhsil haqqı, tələbələrə yüksək keyfiyyətli təhsil və müasir tədris resurslarına çıxış imkanı təqdim edir. Bu ödəniş, peşəkar inkişaf və uğurlu karyera üçün əvəzsiz bir investisiyadır.
Ödənişdən azadolma
Tələbə təhsil krediti
Sosial kredit üçün uyğun tələbələr:
- Ünvanlı sosial yardım alan ailələrin üzvləri
- 3-cü dərəcə əlilliyi olan şəxslər
- Qarabağ əlili
- Valideynləri əlil, pensiyaçı, işsiz və ya sosial müavinət alan şəxslər
Standart kredit üçün şərtlər:
- Qəbul balı minimal həddən yüksək olmalı
- Qəbul balı minimal həddən yüksək olmalı
- Qarabağ əlili
- Təhsil haqqının ən azı 20%-i ödənilməlidir
Başqa sualın var?
Əlaqə telefonu: +994(12)5372173
Bu ixtisasa doğru ilk addımı atmaq istəyirsənsə, qəbul ballarına nəzər sal! Seçim imkanı səndədir – indi qərar ver, gələcəyini formalaşdır! Bu fürsəti əldən vermə!
Qəbul prosesində nəzərə alınmalı məlumatlar:
Qəbul mərhələləri
- Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahan nəticələrinə əsasən tələbə qəbulu aparılır.
- Namizədlər ixtisas seçimini Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi vasitəsilə həyata keçirirlər.
- Seçimlər əsasında yerləşdirilən abituriyentlər sənədlərini elektron formada DİM-ə təqdim edirlər və qeydiyyat prosesini tamamlayırlar.
Qəbul şərtləri
Tələbə qəbulu prosesində iştirak etmək hüququ qazanan abituriyentlər:
- Ümumi balı 50-dən az olmayan;
- Azərbaycan dili (rus dili) üzrə 20 və riyaziyyat üzrə 10-dan az olmayan bal toplayanlar (Xarici dil fənnindən bal məhdudiyyəti yoxdur).