2-3 il
Müddəti
Azərbaycan
Bölmə
040713
İxtisasın kodu
Əyani
Tədris forması
Sosial iş ixtisası cəmiyyətin rifahını yaxşılaşdırmağa yönəlmiş peşəkar fəaliyyətdir. Bu sahə insanlara psixoloji, sosial və maddi çətinliklərin öhdəsindən gəlməkdə kömək edir. Sosial işçilər uşaqlarla, yaşlılarla, əlillərlə və həssas qruplarla işləyərək onların hüquqlarını qoruyur, sosial ədaləti təmin etməyə çalışırlar. Bu ixtisas empatiya, güclü ünsiyyət bacarığı və insanlara yardım etmək istəyi tələb edir. Sosial iş – cəmiyyətə dəyişiklik gətirən və mənəvi dəyəri yüksək olan bir peşədir.
Nələri Öyrənəcəksiniz?
- Kommunikasiya və Empatiya – Müxtəlif yaş və sosial qruplardan olan insanlarla effektiv və anlayışlı ünsiyyət qurma bacarığını inkişaf etdirir.
- İdarəetmə və Liderlik – Sosial layihələrin planlaşdırılması və həyata keçirilməsi üçün strateji düşüncə və liderlik qabiliyyətini gücləndirir.
- Problemlərin Həlli – Sosial məsələlərin təhlili və onlara uyğun praktik həll yollarının hazırlanmasını öyrədir.
- Etik və Peşəkar Davranış – Sosial iş fəaliyyətində etik prinsiplərə sadiq qalaraq məsuliyyətli və şəffaf qərarlar qəbul etməyi təmin edir.
Karyera imkanları
- Sosial iş üzrə mütəxəssis
- Sosial xidmət işçisi
- Məktəb və bağçalarda sosial pedaqoq
- Reabilitasiya və psixoloji dəstək mütəxəssisi
- QHT-lərdə layihə meneceri
- Ailə və uşaq məsələləri üzrə məsləhətçi
- Probasiya və cəzaçəkmə müəssisələrində sosial işçi
- Bələdiyyələrdə sosial sahə üzrə mütəxəssis
- Qaçqın və məcburi köçkünlərlə işçi
- Sağlamlıq müəssisələrində sosial işçi
Tədris prosesi
- I kurslar yanvar ayına kimi KSQ imtahanları və yanvar ayında BSQ imtahanı verirlər.Növbəti smestrdə də iyun ayına kimi KSQ, sonra sessiya imtahanı verirlər.
- II kurslarda yanvar ayına kimi kollokviumlar keçirilir.Yanvar ayında sessiya imtahanı olur.Növbəti smestrdə də eyni qaydada kollokviumlar keçirilir. İyun ayında sessiya imtahanı təşkil olunur.
- III kursda yanvar ayına qədər kollokviumlar keçirilir və yanvar ayında sessiya imtahanı təşkil olunur. Fevral ayında isə pedaqoji təcrübəyə gedirlər.
Keçid balı
- Ümumi orta təhsil bazası, ödənişli əsaslarla, əyani - 89,3 bal
- Ümumi orta təhsil bazası, dövlət sifarişli, əyani – 100.7 bal
- Tam orta təhsil bazası, ödənişli əsaslarla, əyani – 90.8 bal
- Tam orta təhsil bazası, ödənişli əsaslarla, qiyabi – 40.4 bal Tam orta təhsil bazası, dövlət sifarişli, əyani – 130 bal
1000 AZN
Təhsil haqqı
120
Kredit
66-100 AZN
Təqaüd
Kollecin təhsil haqqı, tələbələrə yüksək keyfiyyətli təhsil və müasir tədris resurslarına çıxış imkanı təqdim edir. Bu ödəniş, peşəkar inkişaf və uğurlu karyera üçün əvəzsiz bir investisiyadır.
Ödənişdən azadolma
Tələbə təhsil krediti
Sosial kredit üçün uyğun tələbələr:
- Ünvanlı sosial yardım alan ailələrin üzvləri
- 3-cü dərəcə əlilliyi olan şəxslər
- Qarabağ əlili
- Valideynləri əlil, pensiyaçı, işsiz və ya sosial müavinət alan şəxslər
Standart kredit üçün şərtlər:
- Qəbul balı minimal həddən yüksək olmalı
- Qəbul balı minimal həddən yüksək olmalı
- Qarabağ əlili
- Təhsil haqqının ən azı 20%-i ödənilməlidir
Başqa sualın var?
Əlaqə telefonu: +994(12)5372173
Bu ixtisasa doğru ilk addımı atmaq istəyirsənsə, qəbul ballarına nəzər sal! Seçim imkanı səndədir – indi qərar ver, gələcəyini formalaşdır! Bu fürsəti əldən vermə!
Qəbul prosesində nəzərə alınmalı məlumatlar:
Qəbul mərhələləri
- Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahan nəticələrinə əsasən tələbə qəbulu aparılır.
- Namizədlər ixtisas seçimini Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi vasitəsilə həyata keçirirlər.
- Seçimlər əsasında yerləşdirilən abituriyentlər sənədlərini elektron formada DİM-ə təqdim edirlər və qeydiyyat prosesini tamamlayırlar.
Qəbul şərtləri
Tələbə qəbulu prosesində iştirak etmək hüququ qazanan abituriyentlər:
- Ümumi balı 50-dən az olmayan;
- Azərbaycan dili (rus dili) üzrə 20 və riyaziyyat üzrə 10-dan az olmayan bal toplayanlar (Xarici dil fənnindən bal məhdudiyyəti yoxdur).