2-3 il

Müddəti

Azərbaycan/Rus

Bölmə

040104

İxtisasın kodu

Əyani

Tədris forması

Məktəbəqədər təhsil – uşaqların intellektual, emosional, fiziki və sosial inkişafının əsasını qoyan mühüm bir sahədir. Bu ixtisas uşaqlarla işləməyi sevən, gələcəyin formalaşmasına töhfə vermək istəyən şəxslər üçün ideal seçimdir. "Məktəbəqədər təhsil" ixtisası uşaqların 3-6 yaş dövründə inkişafını stimullaşdıracaq mütəxəssislərin hazırlanmasına yönəlib. Bu ixtisas tələbələrə erkən yaş dövrünün pedaqogikası, psixologiyası və təlim metodikası sahəsində bilik və bacarıqlar qazandırır.

Nələri Öyrənəcəksiniz?

  • Uşaqların yaş və inkişaf xüsusiyyətlərini;
  • Müasir təlim və tərbiyə metodlarını;
  • Oyun texnologiyaları və inkişafetdirici fəaliyyət növlərini;
  • Nitq, məntiq, emosional və sosial bacarıqların inkişafı yollarını;
  • Sağlamlıq və gigiyena qaydalarını;
  • Ailə və cəmiyyətlə düzgün ünsiyyət qurma bacarığını.

Karyera imkanları

  • Dövlət və özəl uşaq bağçalarında tərbiyəçi-müəllim
  • Dövlət və özəl uşaq bağçalarında məktəbəqədər hazırlıq qruplarında pedaqoq
  • Erkən müdaxilə mərkəzlərində mütəxəssis
  • Uşaq inkişaf mərkəzlərində rəhbər və ya koordinator

Tədris prosesi

  • Ümumi orta təhsil bazasında qəbul olan tələbələr I kurslar yanvar ayına kimi KSQ imtahanları və yanvar ayında BSQ imtahanı verirlər. Növbəti semestrdə də iyun ayına kimi KSQ, sonra sessiya imtahanı verirlər.
  • II kurslarda yanvar ayına kimi kollokviumlar keçirilir.Yanvar ayında sessiya imtahanı olur. Növbəti semestrdə də eyni qaydada kollokviumlar keçirilir. İyun ayında sessiya imtahanı təşkil olunur.
  • III kursda yanvar ayına qədər kollokviumlar keçirilir və yanvar ayında sessiya imtahanı təşkil olunur. Fevral ayından təcrübəyə yönləndirilirlər. 

Keçid balı

  • Ümumi orta təhsil bazası, ödənişli əsaslarla, əyani – 64.3 bal
  • Ümumi orta təhsil bazası, dövlət sifarişli, əyani – 194.4 bal
  • Tam orta təhsil bazası, ödənişli əsaslarla, əyani – 105.1 bal
  • Tam orta təhsil bazası, dövlət sifarişli, əyani – 166.5 bal

1200 AZN

Təhsil haqqı

120

Kredit

66-100 AZN

Təqaüd

Kollecin təhsil haqqı, tələbələrə yüksək keyfiyyətli təhsil və müasir tədris resurslarına çıxış imkanı təqdim edir. Bu ödəniş, peşəkar inkişaf və uğurlu karyera üçün əvəzsiz bir investisiyadır.

Ödənişdən azadolma

Təhsil haqqından/Ödənişdən azad olanlar:

  • Məcburi köçkünlər
  • Valideyin himayəsindən məhrum olunmuş tələbələr
  • Qarabağ əlili
  • Sağlamlıq imkanları məhdud tələbələr

Tələbə təhsil krediti

Sosial kredit üçün uyğun tələbələr:

  • Ünvanlı sosial yardım alan ailələrin üzvləri
  • 3-cü dərəcə əlilliyi olan şəxslər
  • Qarabağ əlili
  • Valideynləri əlil, pensiyaçı, işsiz və ya sosial müavinət alan şəxslər

Standart kredit üçün şərtlər:

  • Qəbul balı minimal həddən yüksək olmalı
  • Qəbul balı minimal həddən yüksək olmalı
  • Qarabağ əlili
  • Təhsil haqqının ən azı 20%-i ödənilməlidir

Başqa sualın var?

Əlaqə telefonu: +994(12)5372173

Bu ixtisasa doğru ilk addımı atmaq istəyirsənsə, qəbul ballarına nəzər sal! Seçim imkanı səndədir – indi qərar ver, gələcəyini formalaşdır! Bu fürsəti əldən vermə!

Qəbul prosesində nəzərə alınmalı məlumatlar:

Qəbul mərhələləri

  • Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahan nəticələrinə əsasən tələbə qəbulu aparılır.
  • Namizədlər ixtisas seçimini Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi vasitəsilə həyata keçirirlər.
  • Seçimlər əsasında yerləşdirilən abituriyentlər sənədlərini elektron formada DİM-ə təqdim edirlər və qeydiyyat prosesini tamamlayırlar.

Qəbul şərtləri

Tələbə qəbulu prosesində iştirak etmək hüququ qazanan abituriyentlər:

  • Ümumi balı 50-dən az olmayan;
  • Azərbaycan dili (rus dili) üzrə 20 və riyaziyyat üzrə 10-dan az olmayan bal toplayanlar (Xarici dil fənnindən bal məhdudiyyəti yoxdur).