2-3 il
Müddəti
Azərbaycan
Bölmə
040532
İxtisasın kodu
Əyani
Tədris forması
İxtisas texniki və texnoloji ixtisas qrupuna aid olmaqla çağdaş dövrün ən prestijli ixtisasıdı. Burda təhsil alan tələbələr kompüter bacarıqlarına dərindən yiyələnməklə bərabər, bütün növ kompüterlərin iş funksiyasını dərindən öyrənir və onların texniki xidmətini həyata keçirmək bacarığına yiyələnirlər. Gələcəkdə mülkiyyət formasından asılı olmayaraq istənilən təşkilatlarda: təlim mərkəzlərində, idarə və müəssisələrdə kompüter inzibatçısı kimi fəaliyyət göstərə bilirlər. Bu ixtisasa yiyələnmək istəyən tələbələr üçün kollecdə yüksək maddi-texniki baza mövcuddur. Xüsusi informatika kabinetləri fəaliyyət göstərir ki, onların da hər brində informatika üzrə yüksək bacarıqlara sahib müəllimlər onlarla məşğul olurlar.
Nələri Öyrənəcəksiniz?
- Kibertəhlükəsizlik haqqında geniş məlumat;
- Komanda idarəsi və motivasiyasını təmin edə bilmək;
- Şəbəkənin qurulması və konfiqurasiyası.
- Şəbəkə inzibatçılığı və monitorinq.
Karyera imkanları
- İT Şirkətləri və Sistem İnteqratorları;
- Banklar və Maliyyə Təşkilatları;
- Telekommunikasiya Şirkətləri;
- Dövlət Təşkilatları və Təhlükəsizlik Qurumları;
- Təhsil və Tədqiqat Mərkəzləri;
Tədris prosesi
- Ümumi orta təhsil bazasında qəbul olan tələbələr I kurslar yanvar ayına kimi KSQ imtahanları və yanvar ayında BSQ imtahanı verirlər. Növbəti semestrdə də iyun ayına kimi KSQ, sonra sessiya imtahanı verirlər.
- II kurslarda yanvar ayına kimi kollokviumlar keçirilir.Yanvar ayında sessiya imtahanı olur. Növbəti semestrdə də eyni qaydada kollokviumlar keçirilir. İyun ayında sessiya imtahanı təşkil olunur.
- III kursda yanvar ayına qədər kollokviumlar keçirilir və yanvar ayında sessiya imtahanı təşkil olunur. Fevral ayından təcrübəyə gedirlər.
Keçid balı
- Ümumi orta təhsil bazası, dövlət sifarişli, əyani (Az.bölm.) - 133,4 bal
- Ümumi orta təhsil bazası, ödənişli əsaslarla, əyani (Az.bölm.) – 106,5 bal
- Tam orta təhsil bazası, dövlət sifarişli, əyani (Az.bölm.) – 150,6 bal
- Tam orta təhsil bazası, ödənişli əsaslarla, əyani (Az.bölm.) – 116,4 bal
1000 AZN
Təhsil haqqı
120
Kredit
66-100 AZN
Təqaüd
Kollecin təhsil haqqı, tələbələrə yüksək keyfiyyətli təhsil və müasir tədris resurslarına çıxış imkanı təqdim edir. Bu ödəniş, peşəkar inkişaf və uğurlu karyera üçün əvəzsiz bir investisiyadır.
Ödənişdən azadolma
Tələbə təhsil krediti
Sosial kredit üçün uyğun tələbələr:
- Ünvanlı sosial yardım alan ailələrin üzvləri
- 3-cü dərəcə əlilliyi olan şəxslər
- Qarabağ əlili
- Valideynləri əlil, pensiyaçı, işsiz və ya sosial müavinət alan şəxslər
Standart kredit üçün şərtlər:
- Qəbul balı minimal həddən yüksək olmalı
- Qəbul balı minimal həddən yüksək olmalı
- Qarabağ əlili
- Təhsil haqqının ən azı 20%-i ödənilməlidir
Başqa sualın var?
Əlaqə telefonu: +994(12)5372173
Bu ixtisasa doğru ilk addımı atmaq istəyirsənsə, qəbul ballarına nəzər sal! Seçim imkanı səndədir – indi qərar ver, gələcəyini formalaşdır! Bu fürsəti əldən vermə!
Qəbul prosesində nəzərə alınmalı məlumatlar:
Qəbul mərhələləri
- Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahan nəticələrinə əsasən tələbə qəbulu aparılır.
- Namizədlər ixtisas seçimini Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi vasitəsilə həyata keçirirlər.
- Seçimlər əsasında yerləşdirilən abituriyentlər sənədlərini elektron formada DİM-ə təqdim edirlər və qeydiyyat prosesini tamamlayırlar.
Qəbul şərtləri
Tələbə qəbulu prosesində iştirak etmək hüququ qazanan abituriyentlər:
- Ümumi balı 50-dən az olmayan;
- Azərbaycan dili (rus dili) üzrə 20 və riyaziyyat üzrə 10-dan az olmayan bal toplayanlar (Xarici dil fənnindən bal məhdudiyyəti yoxdur).