ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat FBK müəlliminin təşkilatçılığı ilə İT25/02SB qrupunun tələbələri Avropa Azərbaycan məktəbində “Dəyərlər işığında” layihəsi çərçivəsində keçirilən “Fərqli səslərin ahəngi” adlı tədbirdə iştirak etmişlər.
İnklüziv mühitdə baş tutan tədbirdə müasir şairlərin şeirləri, istedadlı gənclərin qiraətləri və canlı musiqi ifaları təqdim olunmuşdur. Mənəvi dəyərlərlə zəngin bu tədbir tələbələr üçün maraqlı və yaddaqalan olmuşdur.