Mütəxəssis hazırlığında tələbələrin nəzəri biliklərinin praktik bacarıqlara çevrilməsi məhz müxtəlif müəssisələrdə təcrübə prosesinə qoşulduqları zaman baş verir.
16 fevral 2026-cı il tarixindən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində bütün ixtisaslar üzrə sonuncu kurs tələbələrinin təcrübə prosesi başlanır. Təcrübə pedaqoji və peşəyönümlü olmaqla iki istiqamətdə həyata keçiriləcək.
Fevralın 12-də Riyaziyyat-informatika fənn birləşmə komissiyasının və kollecin təcrübə rəhbərinin təşkilatçılığı ilə metodist-müəllimlər üçün təcrübənin təşkili qaydalarına dair seminar təşkil olunub. Seminarda müxtəlif ixtisaslar üzrə təcrübənin keçirilməsi ilə bağlı qəbul edilən yeni qaydalar, eləcə də təcrübə prosesində tələbələrin yerinə yetirəcəkləri fəaliyyətlər müzakirə edilib. Təcrübə rəhbəri seminar iştirakçılarının suallarını cavablandırıb.
Riyaziyyat-informatika FBK müəllimi Məktəbəqədər təhsil ixtisası üzrə tədris təcrübəsinin mövzu-təqvim planını və tələbələrin portfoliolarına daxil ediləcək sənədləri müzakirə olunması üçün metodist-müəllimlərə təqdim edib.