20 fevral 2026-cı il tarixində ADPU-nin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili üzrə Pedaqoji Şuranın növbəti iclası keçirilmişdir.
İclas Kollecin direktoru Amalya Sezginin giriş sözü ilə açılmışdır. Direktor Pedaqoji Şura üzvlərini salamlamış və gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.
Gündəliyin birinci məsələsi – “Payız semestrinin yekunlarına aid göstəricilərin təhlili və qiymətləndirilməsi” barədə Kollecin direktoru Amalya Sezgin tərəfindən ətraflı məlumat təqdim olunmuşdur.
Gündəliyin ikinci məsələsi – “2025/2026-cı tədris ilinin birinci yarımilinin yekunları və ikinci yarımillikdə qarşıda duran vəzifələr” barədə Tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova məlumat vermişdir.
Gündəliyin üçüncü məsələsi – “İmtahan Qərargahının hesabatı” İmtahan Qərargahının sədri, KTŞ-nin müdiri Elmira Budaqova tərəfindən təqdim olunmuşdur.
Gündəliyin dördüncü məsələsi – “Kollec tələbələrinin təcrübədə iştirakının təşkili” barədə Təcrübə rəhbəri Gülxara Həmidova məlumat vermişdir.
İclasın sonunda gündəlikdə yer alan cari məsələlər müzakirə olunmuş, geniş fikir mübadiləsi aparılmışdır.