Kollec rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün Şəki şəhərində təşkil olunan ikinci təlim proqramı başa çatıb.
Təlimin yekun iclasında çıxış edən Agentliyin direktoru Ülkər Səttarova orta ixtisas təhsilinin inkişafı ilə bağlı strateji məsələlərə toxunaraq təhsil proqramlarının keyfiyyətli icrası, kadr siyasəti, idarəetmənin təkmilləşdirilməsi və digər prioritet istiqamətlər barədə fikirlərini bölüşüb, iştirakçılara müvafiq tapşırıq və tövsiyələrini çatdırıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Beş gün davam edən proqram çərçivəsində orta ixtisas təhsil müəssisələrində təhsilin təşkili və idarə olunması, insan resursları və hüquq, maliyyə savadlılığı, təhsildə keyfiyyətin təmin olunması, eləcə də SƏTƏM istiqamətləri üzrə sessiyalar keçirilib. Təlimlərdə 10 regionu təmsil edən 16 orta ixtisas təhsili müəssisəsindən 16 rəhbər vəzifəli şəxs iştirak edib.