ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İnklüziv klubunun müəllimləri bir qrup tələbə ilə birlikdə Avropa Azərbaycan Məktəbində təşkil olunan “Fərqli səslərin ahəngi” adlı inklüziv poeziya tədbirində iştirak etmişlər.
Tədbir zamanı sağlamlıq imkanları məhdud şəxslərin ifasında şeirlər və musiqi nümunələri səsləndirilmişdir. Onların çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.