Nailiyyətlər

Zəfər Gününə həsr olunmuş yoldaşlıq görüşü keçirilib

K
Kontent Meneceri
06 Nov, 2026 31 baxış
Zəfər Gününə həsr olunmuş yoldaşlıq görüşü keçirilib

117 nömrəli tam orta məktəbin dəvəti ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin qızlardan ibarət voleybol komandası ilə məktəbin komandası arasında Zəfər Gününə həsr olunmuş yoldaşlıq görüşü keçirilib.

117 nömrəli tam orta məktəbin dəvəti ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin qızlardan ibarət voleybol komandası ilə 117 nömrəli tam orta məktəbin komandası arasında Zəfər Gününə həsr olunmuş yoldaşlıq görüşü keçirilib.


Məktəbin idman zalında keçirilən qarşılaşma gərgin və maraqlı mübarizə şəraitində baş tutub. Oyunda yüksək hazırlıq, komanda ruhu və idman əzmi nümayiş etdirən Azərbaycan Dövlət Pedaqoji Kollecinin qızlardan ibarət voleybol komandası 3:0 hesabı ilə qalib gəlib.


Keçirilən görüş gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.

Fotoqalereya (5)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası