ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar və sosial elmlər FBK-nın müəllimi Könül Hüseynovaya tarix elm sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar və sosial elmlər fənn birləşmə komissiyasının (FBK) müəllimi Könül Hüseynovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 oktyabr 2026-cı il tarixli qərarı ilə Könül Ramiz qızı Hüseynovaya 5509.01 – “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə tarix elm sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilməsi təsdiq edilib.
Könül Hüseynova dissertasiya işini “Qarabağ probleminin tarixşünaslığı” mövzusunda hazırlayıb. Tədqiqat işində Qarabağ probleminin tarixi aspektləri, problemin tarixşünaslıqda əks olunması və bu istiqamətdə mövcud olan müxtəlif elmi yanaşmalar araşdırılıb.
2017-ci ildən başlayan elmi fəaliyyətinin, doqquz illik zəhmətinin, əzmkarlığının və ardıcıl tədqiqatlarının nəticəsi olan bu uğur Könül Hüseynovanın elmi-pedaqoji fəaliyyətində mühüm mərhələdir.
Könül Hüseynovanı bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, ona gələcək elmi və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası