Tədbirlər

“Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” ixtisası üzrə yeni tədris otağı istifadəyə verilib

K
Kontent Meneceri
06 Nov, 2026 12 baxış
“Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” ixtisası üzrə yeni tədris otağı istifadəyə verilib

5 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Bakı Tikiş Evi ASC ilə əməkdaşlıq çərçivəsində “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” ixtisası üzrə yeni ixtisaslaşdırılmış tədris otağının açılışı olub.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Bakı Tikiş Evi Açıq Səhmdar Cəmiyyəti arasında təhsilalanların peşə hazırlığının və praktiki bacarıqlarının inkişaf etdirilməsi, təhsillə istehsalat arasında əlaqələrin gücləndirilməsi məqsədilə 25 sentyabr 2026-cı il tarixində Əməkdaşlıq Memorandumu imzalanıb.


Bu əməkdaşlığın davamı olaraq, 5 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” ixtisası üzrə tələbələrin istifadəsi üçün müasir tikiş avadanlıqları ilə təchiz edilmiş yeni ixtisaslaşdırılmış tədris otağının açılışı olub.


Açılış mərasimində Bakı Tikiş Evi ASC-nin icraçı direktoru Paşa Budaqov və müəssisənin əməkdaşları iştirak ediblər. Kollecin nümayəndələri ilə keçirilən görüşdə yeni tədris otağının yaradılmasının əhəmiyyəti, onun tədris prosesinə verəcəyi töhfə və gələcək əməkdaşlıq imkanları diqqətə çatdırılıb.


Açılış mərasimi çərçivəsində yeni tədris otağında quraşdırılmış tikiş maşınları ilk dəfə işə salınaraq istifadəyə verilib. Bununla da otaqda praktiki məşğələlərin keçirilməsi üçün zəruri texniki imkanlar yaradılıb.


ADPK ilə Bakı Tikiş Evi ASC arasında həyata keçirilən bu əməkdaşlıq peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə, təhsil və istehsalat arasında əlaqələrin genişləndirilməsinə, eləcə də gələcək mütəxəssislərin peşəkar inkişafına mühüm töhfə verir.

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası