Peşəkar inkişaf

Kollecin müəllimi Nigar Kərimovanın elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

K
Kontent Meneceri
12 Nov, 2026 51 baxış
Kollecin müəllimi Nigar Kərimovanın elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xarici dil müəllimi Nigar Kərimovanın “İşğaldan azad edilmiş ərazilərdə kəndlərin və tarixi abidələrin bərpası” adlı elmi məqaləsi beynəlxalq IQRO Journal jurnalında dərc olunub.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xarici dil müəllimi Nigar Kərimovanın “İşğaldan azad edilmiş ərazilərdə kəndlərin və tarixi abidələrin bərpası” adlı elmi məqaləsi beynəlxalq IQRO Journal jurnalının 2026-cı il, Volume 24, Issue 01 (October) sayında dərc olunmuşdur.


Məqalədə Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, kəndlərin yenidən qurulması, tarixi-mədəni irsin qorunması və əhalinin doğma yurdlarına qayıdışı məsələləri araşdırılır. Müəllif bu proseslərin sosial-iqtisadi inkişaf və milli-mədəni dəyərlərin yaşadılması baxımından əhəmiyyətini diqqətə çatdırır.


Müəllifimizi bu elmi uğuru münasibətilə təbrik edir, ona gələcək elmi-pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

Fotoqalereya (10)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası