ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda “Azərbaycan dili və ədəbiyyat” fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə etnik və milli kimliyin formalaşmasına həsr olunmuş təlim keçirilib.
11 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda “Azərbaycan dili və ədəbiyyat” fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə Şəfəq Faiq qızı Əzizovanın moderatorluğu ilə “Biz kimik? Etnik və milli kimliyimizin formalaşması” mövzusunda təlim keçirilib.
Təlimdə kollecin müəllim və tələbələri iştirak ediblər. Görüş zamanı etnik və milli kimlik anlayışları, millətin formalaşma mərhələləri, Azərbaycan xalqının milli kimliyinin təşəkkülündə görkəmli şəxsiyyətlərin xidmətləri, eləcə də Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının rolu müzakirə olunub.
İnteraktiv formatda keçirilən təlimdə milli mentalitetin xüsusiyyətləri və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası