Tədbirlər

ADPK-da “44” hərbi dramı əsasında müzakirə keçirilib

K
Kontent Meneceri
06 Nov, 2026 15 baxış
ADPK-da “44” hərbi dramı əsasında müzakirə keçirilib

03 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Nizam” və “Milli-mənəvi dəyərlər və vətəndaşlıq mövqeyi” dərnəklərinin təşkilatçılığı ilə “44” hərbi dramı əsasında müzakirə keçirilib.

03 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Nizam” və “Milli-mənəvi dəyərlər və vətəndaşlıq mövqeyi” dərnəklərinin rəhbərləri – Xalq artisti Məmməd Səfa Qasımov və Mehriban Axundovanın təşkilatçılığı ilə “44” hərbi dramı əsasında müzakirə keçirilib.


Müzakirədə filmi izləyən “Təhsil və davamlı inkişaf” və “Xüsusi təhsil” şöbələrinin tələbələri iştirak ediblər.


Görüş zamanı tələbələrin film haqqında fikir və düşüncələri dinlənilib, təəssüratları ətrafında geniş fikir mübadiləsi aparılıb. Tələbələr Vətən müharibəsinin tarixi əhəmiyyəti, xalqımızın birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı, Vətən sevgisi və milli qürur hissi barədə düşüncələrini bölüşüblər.


Bu cür müzakirələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli yaddaşın qorunmasına və tarixi Zəfərimizin əhəmiyyətinin daha dərindən dərk edilməsinə xidmət edir.

Fotoqalereya (4)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası