9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ixtisas şöbələri arasında 2–6 noyabr 2026-cı il tarixlərində futzal yarışı təşkil olunub. Yarışda 8 komanda, ümumilikdə 48 nəfər iştirak edib.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ixtisas şöbələri arasında 2–6 noyabr 2026-cı il tarixlərində futzal yarışı təşkil olunub.
Yarışda 8 komanda olmaqla, ümumilikdə 48 nəfər iştirak edib.
Yarışın açılış mərasimində Tədris işləri üzrə direktor müavini, Keyfiyyət təminatı şöbəsinin müdiri, Sosial iş şöbəsinin müdiri, metodist, hərbi rəhbər, idman rəhbəri və idman müəllimi iştirak ediblər.
Olimpiya sistemi üzrə keçirilən yarışda komandalar arasında gərgin və maraqlı idman mübarizəsi yaşanıb.
Yarışın yekun nəticələrinə əsasən, qaliblər aşağıdakı kimi müəyyənləşib:
🥇 I yer – “Qalatasaray FK” (İncəsənət və dizayn şöbəsi)
🥈 II yer – “Hell Club United” (Sosial iş şöbəsi)
🥉 III yer – “Xəzər FK” (İncəsənət və dizayn şöbəsi)
Yarışın keçirilməsində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, komanda ruhunun və kollektiv əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi olub.
Qalib komandaları təbrik edir, bütün iştirakçılara uğurlar arzulayırıq!
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası