Xəbərlər

Məsudə Cabbarın “Cahan” romanının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

K
Kontent Meneceri
20 Nov, 2026 4 baxış
Məsudə Cabbarın “Cahan” romanının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 20 noyabr 2026-cı il tarixində müasir Azərbaycan yazıçısı Məsudə Cabbarın “Cahan” romanının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 20 noyabr 2026-cı il tarixində müasir Azərbaycan yazıçısı Məsudə Cabbarın “Cahan” romanının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Görüş kollecin Kitabxanası və Xarici dillər fənn birləşmə komissiyasının birgə təşkilatçılığı ilə baş tutub.


Dəyirmi masada kollecin müəllimləri və tələbələr iştirak ediblər.


Müzakirə zamanı tələbələr romanın süjeti və obrazları haqqında fikirlərini bölüşüb, əsərdə insan münasibətləri, sevgi, həyatın çətinlikləri və qadın iradəsi kimi mövzuların bədii ifadəsini təhlil ediblər. Həmçinin əsərdən seçilmiş parçalar səsləndirilib.


Müzakirənin əsas məqsədi tələbələr arasında mütaliə mədəniyyətini təşviq etmək və müasir Azərbaycan ədəbiyyatının təbliğinə töhfə vermək olub. Dəyirmi masa tələbələrə bədii əsəri təhlil etmək, fikirlərini əsaslandırmaq, müzakirələrdə fəal iştirak etmək və nitq bacarıqlarını inkişaf etdirmək baxımından faydalı imkan yaradıb.

Fotoqalereya (9)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası