Xəbərlər

Üzeyir Hacıbəylinin ev-muzeyinin 51 illik yubileyi qeyd olunub

K
Kontent Meneceri
20 Nov, 2026 4 baxış
Üzeyir Hacıbəylinin ev-muzeyinin 51 illik yubileyi qeyd olunub

20 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəylinin ev-muzeyinin fəaliyyətə başlamasının 51-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Üzeyir Hacıbəylinin ev-muzeyinin 51 illik yubileyi qeyd olunub!


20 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəylinin ev-muzeyinin fəaliyyətə başlamasının 51-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.


Xatırladaq ki, muzey 1975-ci il noyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə təntənəli şəkildə açılıb.


Tədbirdə muzeyin direktoru, Xalq artisti, Prezident təqaüdçüsü Sərdar Fərəcov və Pedaqoji Kollecin direktoru Amalya Sezgin çıxış ediblər.


Kollecin istedadlı tələbələri Üzeyir bəyin əsərlərini ifa edib, bədii qiraət nümunələri təqdim edib və səhnədə dahi bəstəkarın obrazını canlandırıblar.


Tədbirin xüsusi sürprizi isə Sərdar Fərəcovun nəvəsi Leyla Cabbarovanın çıxışı olub. O, Üzeyir Hacıbəylinin “Şah Abbas və Xurşidbanu” operasından Xurşidbanunun ariyasını ifa edərək qonaqlara unudulmaz musiqi anları yaşadıb.


Musiqi, sənət və tarixlə dolu bu görüş bir daha göstərdi ki, Üzeyir bəyin ölməz irsi nəsillərdən-nəsillərə ötürülür.


51 ildir ki, bu ev-muzey böyük sənətkarın xatirəsini yaşadır, onun musiqi dünyasını gələcək nəsillərə çatdırır!

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası