Xəbərlər

“Azərbaycan dilinin qrammatikasının mənimsədilməsində əsas məqamlar” mövzusunda təlim keçirilib

K
Kontent Meneceri
19 Nov, 2026 14 baxış
“Azərbaycan dilinin qrammatikasının mənimsədilməsində əsas məqamlar” mövzusunda təlim keçirilib

18 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal tədris binasında “Azərbaycan dili və ədəbiyyatı” FBK-nın təşkilatçılığı ilə “Azərbaycan dilinin qrammatikasının mənimsədilməsində əsas məqamlar” mövzusunda təlim keçirilib.

18 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal tədris binasında “Azərbaycan dili və ədəbiyyatı” fənn birləşmə komissiyasının təşkilatçılığı ilə Sədaqət Akif qızı Əsgərovanın təqdimatında “Azərbaycan dilinin qrammatikasının mənimsədilməsində əsas məqamlar” mövzusunda təlim keçirilib.


Təlim zamanı orfoqrafiya qaydaları, işə qəbul zamanı tələb olunan ərizə və tərcümeyi-hal kimi yazı nümunələrinin düzgün hazırlanması, həmçinin bədii mətnlər əsasında omonim, sinonim və antonimlərin müəyyənləşdirilməsi praktiki tapşırıqlarla izah olunub. İştirakçıların sualları cavablandırılıb.


Təlim tələbələr tərəfindən maraqla qarşılanıb, onların dil biliklərinin və yazı bacarıqlarının inkişafı baxımından faydalı olub.

Fotoqalereya (3)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası