Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Azərbaycan dili və ədəbiyyatı” fənn birləşmə komissiyasının müəllimləri tərəfindən 02.11.2026-cı il tarixindən 06.11.2026-cı il tarixinədək Zəfər Gününə həsr olunmuş dərslər təşkil olunub.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Azərbaycan dili və ədəbiyyatı” fənn birləşmə komissiyasının müəllimləri tərəfindən 02.11.2026-cı il tarixindən 06.11.2026-cı il tarixinədək Zəfər Gününə həsr olunmuş dərslər təşkil olunub. Dərslərdə “İnformasiya texnologiyaları və sosial xidmətlər”, “Xüsusi təhsil” və “İncəsənət və dizayn” ixtisaslarının tələbələri daha fəal iştirak ediblər.
Bütün dərslərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyəti, şəhid və qazilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb. “Zəfərə gedən yol” mövzusunda şəkillər çəkilib, müharibənin başlanması, torpaqlarımızın azad olunması haqqında təqdimat və müzakirələr keçirilib, şeirlər söylənib.
Bu çıxışlarda Polad Həşimov, Vüsal Abdullayev, Anar Novruzov, Samir Muradov, Orxan Rəhimli, İlham Hüseynov, Orxan Dənziyev, Ələddin Xəlilov, Vaqif İsmayılzadə, Vahid Baxşıyev, Elşən Sultanlı, Şükür Həmidov, Arəstə Baxışova, Turqut Xəlilbəyli, Ayxan Qədimov, Səbuhi Əhmədov, Elvin Məlikməmmədov, Vüqar İsmaylov və digər şəhidlərin həyat yollarına nəzər salınıb.
Dərslərin əsas məqsədi Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini yad etmək, onların qəhrəmanlığını unutmamaq və gənc nəslin yaddaşında yaşatmaq olmuşdur.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası