Zəfər Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor müavini və FBK müəllimləri Lənkəran şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini yad ediblər.
Zəfər Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini, Pedaqogika-Psixologiya və Riyaziyyat-İnformatika FBK-nın müəllimləri Lənkəran şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri misilsiz qəhrəmanlıq və Vətən sevgisi bir daha ehtiramla xatırlanıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın dərin siyasəti ilə qazanılan tarixi Zəfər xalqımızın birliyi, milli iradəsi və qəhrəman övladlarımızın fədakarlığının təcəssümüdür.
Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası