Vətənpərvərlik

“Xüsusi təhsil” ixtisası tələbələrinin Zəfər Muzeyinə ekskursiyası təşkil olunub

K
Kontent Meneceri
07 Nov, 2026 13 baxış
“Xüsusi təhsil” ixtisası tələbələrinin Zəfər Muzeyinə ekskursiyası təşkil olunub

06.11.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Xüsusi təhsil” ixtisasında təhsil alan tələbələrinin Zəfər Muzeyinə ekskursiyası təşkil olunub.

06.11.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Azərbaycan dili və ədəbiyyatı” fənn birləşməsi müəlliminin təşəbbüsü ilə kollecin “Xüsusi təhsil” ixtisasında təhsil alan tələbələrinin Zəfər Muzeyinə ekskursiyası təşkil olunub.


Ekskursiyanın əsas məqsədi tələbələrdə Vətən müharibəsi, Azərbaycanın tarixi zəfəri, xalqımızın qəhrəmanlıq salnaməsi və milli-mənəvi dəyərlər haqqında bilikləri dərinləşdirmək, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə vermək olub.


Muzeydə nümayiş etdirilən eksponatlar, tarixi materiallar və multimedia təqdimatları tələbələrə 44 günlük Vətən müharibəsinin gedişi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın ədalətli mübarizəsi haqqında əyani məlumat əldə etmək imkanı yaradıb.


Ekskursiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onların tarixi yaddaşının möhkəmləndirilməsi, milli qürur və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətli olub.

Fotoqalereya (4)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası