ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi II Fəxri xiyabanda Vətən müharibəsi şəhidi Əhmədov Emil Bahadur oğlunun məzarını ziyarət edib.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi II Fəxri xiyabanda qrup yoldaşları Əhmədov Bahadurun atası, Vətən müharibəsi şəhidi Əhmədov Emil Bahadur oğlunun məzarını ziyarət edib. Ziyarətdə kollecin inzibati heyətinin nümayəndələri də iştirak ediblər.
Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilib, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq ehtiramla anılıb.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası