Vətənpərvərlik

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Zəfər Günü şənliyi təşkil olunub

K
Kontent Meneceri
07 Nov, 2026 11 baxış
“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Zəfər Günü şənliyi təşkil olunub

8 Noyabr – Zəfər Günü münasibətilə “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində təşkil olunan bayram şənliyində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri mərkəzin uşaqları ilə birgə yaradıcılıq fəaliyyətində iştirak ediblər.

8 Noyabr – Zəfər Günü münasibətilə “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub.


Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər qonaqlar iştirak ediblər.


Bayram şənliyi çərçivəsində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və dizayn fənn birləşmə komissiyasının müəllimi Rəsmiyyə Mahmudovanın rəhbərliyi ilə Rəngkarlıq ixtisası üzrə 24/01SB qrupunun tələbələri Rzazadə Ayan, Qədirova Ətirşah, Mirzəyeva Zülfiyyə və Dekorativ-tətbiqi sənət ixtisası üzrə 24/01SB qrupunun tələbəsi Kərimli Bahar mərkəzin uşaqları ilə birgə yaradıcılıq fəaliyyətində iştirak edərək rəsm və dekorativ-tətbiqi sənət nümunələri hazırlayıblar. Yaradıcılıq prosesi zamanı uşaqlar müxtəlif əşyaları rəngləyərək öz bədii təxəyyüllərini və yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.


Tədbir zamanı Leyla Əliyeva, Arzu Əliyeva və səfir Lu Mey uşaqların hazırladıqları rəsm əsərləri və əl işləri ilə tanış olublar.


Bu cür fəaliyyətlər uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, özünüifadə imkanlarının genişləndirilməsi və sosial bacarıqlarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.


Eyni zamanda, tələbələrimizin bu prosesdə iştirakı onların gələcək peşə fəaliyyətləri ilə bağlı praktiki təcrübə qazanmalarına və sosial məsuliyyətlərinin inkişafına imkan yaradır.


Tədbirdə uşaqların hazırladıqları əl işləri qonaqlara təqdim olunub və maraqla qarşılanıb.


Qeyd edək ki, sözügedən fəaliyyətlər ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci PHŞ ilə Ümidli Gələcək İctimai Birliyi nəzdində yaradılmış “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.


Əməkdaşlığın davamlı olacağına və gələcəkdə də uşaqların inkişafına, yaradıcılıq potensiallarının dəstəklənməsinə töhfə verəcəyinə inanırıq.

Fotoqalereya (5)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası