Xəbərlər

“Riyazi Məntiq və İntellektual Düşüncə” klubunun növbəti görüşü keçirilib

K
Kontent Meneceri
25 Nov, 2026 50 baxış
“Riyazi Məntiq və İntellektual Düşüncə” klubunun növbəti görüşü keçirilib

23 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat–İnformatika fənn birləşməsinin təşkilatçılığı ilə “Riyazi Məntiq və İntellektual Düşüncə” klubunun növbəti görüşü keçirilib.

“Riyazi tapmacalar və qeyri-standart məsələlər” mövzusuna həsr olunan görüşün məqsədi tələbələrin məntiqi, analitik və yaradıcı düşünmə, problem həll etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin riyaziyyata maraqlarını artırmaq olub.

Görüş zamanı tələbələr müxtəlif riyazi tapmacalar və qeyri-standart məsələlər üzərində işləyərək bilik və bacarıqlarını nümayiş etdiriblər. İnteraktiv tapşırıqlar və maraqlı müzakirələr tələbələrin fəallığını, müstəqil düşünmə və komandada işləmək bacarıqlarını gücləndirib.

Fotoqalereya (1)

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası