27.11.2026-cı il tarixində Təbiət elmləri fənn birləşmə komissiyasının təşkilatçılığı ilə kollecin həyətində “Bioloji müxtəlifliyin qorunması məqsədilə əhalinin ekoloji maarifləndirilməsi, kadrların bilik və bacarıqlarının artırılması” mövzusunda açıq havada dərs keçirilib.

Dərsin məqsədi tələbələrin ekoloji biliklərini artırmaq, biomüxtəlifliyin qorunmasının əhəmiyyətini aşılamaq və təbiətə qayğıkeş münasibət formalaşdırmaq olub.
Dərs zamanı bitki və heyvanlar aləminin mühafizəsi, ekoloji tarazlığın qorunması və təbii sərvətlərdən səmərəli istifadə barədə məlumat verilib.
Açıq havada keçirilən dərs tələbələrin nəzəri biliklərinin praktik müşahidələrlə möhkəmləndirilməsinə və ekoloji dünyagörüşlərinin genişlənməsinə töhfə verib.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası