ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İncəsənət və dizayn” FBK-nın sədri Emil Ağayev və müəllimləri Sevinc Babaxanova, Aynur Seyfullayeva və Şahanə Mansırovanın həmmüəllifliyi ilə “İntibah dövrü incəsənəti” adlı dərs vəsaiti nəşr olunub.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İncəsənət və dizayn” fənn birləşmə komissiyasının sədri Emil Ağayev və müəllimləri Sevinc Babaxanova, Aynur Seyfullayeva və Şahanə Mansırovanın həmmüəllifliyi ilə hazırlanmış “İntibah dövrü incəsənəti” adlı dərs vəsaiti nəşr olunub.
Dərs vəsaiti İntibah dövrünün incəsənət xüsusiyyətlərinin öyrənilməsi, həmin dövrün estetik dünyasının, bədii düşüncə tərzinin və zəngin sənət irsinin daha dərindən mənimsənilməsi baxımından əhəmiyyətli mənbədir.
Nəşrin redaktoru ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubovdur.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası