30 oktyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin TGT üzvləri və tələbələri Zəfər Muzeyinə ekskursiya ediblər.
30 oktyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin TGT üzvləri, İnformasiya texnologiyaları və sosial xidmətlər və Mədəniyyət və turizm şöbələrinin tələbələri Zəfər Muzeyinə ekskursiya ediblər.
Ekskursiya tərbiyə işləri üzrə direktor müavini Şirəliyeva Nigar və “Milli mənəvi dəyərlər və vətəndaşlıq mövqeyi” dərnəyinin rəhbəri Axundova Mehribanın təşkilatçılığı ilə keçirilib.
Ekskursiyanın məqsədi tələbələrə Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin əhəmiyyətini daha dərindən aşılamaq, şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin qəhrəmanlığını tanıtmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir.
Muzeydə nümayiş etdirilən eksponatlar, tarixi sənədlər və qəhrəmanlıq salnamələri tələbələrdə dərin təəssürat yaradıb. Ekskursiya zamanı tələbələr Azərbaycanın şanlı Zəfər tarixi ilə yaxından tanış olub, xalqımızın birliyinin, ordumuzun gücünün və Vətən sevgisinin əsl nümunələrini bir daha dərk ediblər.
Zəfərimiz qürurumuz, şəhidlərimiz and yerimiz, Azərbaycanımız əbədi qürur mənbəyimizdir!
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası