Vətənpərvərlik

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

K
Kontent Meneceri
06 Nov, 2026 11 baxış
8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

5 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu tədris binasında tələbələrin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

5 noyabr 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu tədris binasında tələbələrin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.


Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətini gənc nəslə daha dərindən aşılamaq, milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək, tələbələrdə vətənpərvərlik ruhunu yüksəltmək, həmçinin xalqımızın qəhrəmanlıq tarixinin və milli birliyinin təbliğinə töhfə vermək olub.


Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinin tarixi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində aparılan mübarizə, Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və xalqımızın nümayiş etdirdiyi həmrəylik haqqında məlumat verilib. Çıxışlarda Zəfər Gününün Azərbaycan tarixində tutduğu mühüm yer, bu Qələbənin dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi və milli özünüdərkin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.


Tədbir zamanı tələbələr tərəfindən Zəfər Gününün tarixi əhəmiyyətini və xalqımızın qəhrəmanlıq salnaməsini əks etdirən ədəbi-bədii nümunələr, tematik təqdimatlar və səhnə kompozisiyaları təqdim olunub. Nümayiş etdirilən çıxışlarda Vətənə bağlılıq, milli qürur və həmrəylik ideyaları ön plana çəkilib, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının sarsılmaz iradəsi, ordumuzun döyüş əzmi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin qəhrəmanlığı və qazilərin fədakarlığı xüsusi ehtiramla yad edilib.

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası