ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu tədris binasında Humanitar və sosial fənlər FBK-nın müəllimləri tərəfindən “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş silsilə dərslər keçirilib.

Həftə ərzində müxtəlif ixtisas qruplarında təşkil olunan dərslərdə 44 günlük Vətən müharibəsi, Azərbaycan Ordusunun qəhrəmanlıq yolu, torpaqlarımızın işğaldan azad olunması və tarixi Zəfərimizin əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verilib.
Dərslər zamanı xalqımızın birlik və həmrəyliyi, şəhidlərimizin Vətən uğrunda göstərdiyi fədakarlıq, qazilərimizin qəhrəmanlığı və Şuşanın azad olunmasının tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Silsilə dərslərin keçirilməsində əsas məqsəd tələbələrin tarixi yaddaşını möhkəmləndirmək, onlarda milli qürur, vətənpərvərlik və dövlətçilik dəyərlərinə sədaqət hisslərini daha da gücləndirmək olub.
Zəfər tariximizi yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur!
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası