Vətənpərvərlik

8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib

K
Kontent Meneceri
05 Nov, 2026 10 baxış
8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib

5 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əsas hissəsini 44 günlük Vətən müharibəsinə həsr olunan intellektual yarış təşkil edib.

5 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Tədbirin əsas hissəsini kollecin 5 şöbəsi arasında keçirilən və 44 günlük Vətən müharibəsinə həsr olunan intellektual yarış təşkil edib. Gərgin və maraqlı mübarizə nəticəsində qalib komandalar müəyyənləşib:


I yer – “Sükutu Pozanlar” (İncəsənət və dizayn şöbəsi)


II yer – “Yenilməzlər” (Mədəniyyət və turizm şöbəsi)


III yer – “Zəfər” (İnformasiya texnologiyaları və sosial xidmətlər şöbəsi)


Yarışın sonunda qalib komandalara qazandıqları yerlərə uyğun sertifikatlar təqdim olunub.


Bu tədbir yalnız bilik yarışması deyil, həm də gənclərin Vətən tarixinə, Zəfər salnaməsinə və milli-mənəvi dəyərlərimizə bağlılığını bir daha nümayiş etdirən mənalı bir görüş olub.


Zəfərimiz daim yaşasın!


Qarabağ Azərbaycandır!

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası