ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində ümumilikdə 763 tələbə iştirak edib.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində Sabunçu tədris binası üzrə 596, Yasamal tədris binası üzrə isə 167 tələbə olmaqla, ümumilikdə 763 tələbə iştirak edib.
Layihə çərçivəsində tələbələr öz duyğu və düşüncələrini, eləcə də minnətdarlıq hisslərini iki fərqli formatda ifadə ediblər. Belə ki, iştirakçıların bir qismi məktublarını əl yazısı ilə kağız üzərində hazırlayaraq fayl şəklində təqdim edib, digər qismi isə müəyyən edilmiş söz limitinə uyğun olaraq onlayn platforma vasitəsilə əsgərlərimizə ünvanlanan səmimi ürək sözlərini və xoş arzularını bölüşüb.
Geniş tələbə iştirakını əhatə edən layihə gənclərin milli-mənəvi dəyərlərə bağlılığının, vətənpərvərlik ruhunun və Vətənimizin müdafiəsində dayanan hərbi qulluqçulara mənəvi dəstəyinin ifadəsinə çevrilib.
İştirak edən hər bir tələbəmizə təşəkkür edirik!
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası