Mühasibatlıq şöbəsi

Mühasibat uçotunun aparılması, ilkin sənədlərin hazırlanması, əməkhaqqı və vergi hesablamalarının həyata keçirilməsi, maliyyə və statistik hesabatların tərtibi, mal-material və əsas vəsaitlərin uçotuna nəzarət, debitor-kreditor borclarının izlənilməsi, büdcə planlaması, təhsil haqlarının mədaxili, tələbə və əməkdaşlarla bağlı ödəniş əməliyyatlarının icrası və digər müvafiq maliyyə əməliyyatları üzrə fəaliyyət göstərir.

Gündəlik və Cari Mühasibat Əməliyyatları

  1. İlkin sənədlərin tərtibi: Hesab-fakturaların (e-qaimə), kassa mədaxil və məxaric orderlərinin, aktların və digər ilkin sənədlərin hazırlanması.
  2. Məlumatların sistemə daxil edilməsi: Bütün maliyyə əməliyyatlarının (alış, satış, ödənişlər) mühasibat proqramlarına (məsələn, excell) işlənilməsi.
  3. Bank və kassa əməliyyatları: Bank çıxarışlarının yoxlanılması, ödəniş tapşırıqlarının hazırlanması, nağd pul dövriyyəsinin izlənilməsi.

Kadr və Əməkhaqqı Mühasibatlığı

  1. Əməkhaqqı hesablanması: İşçilərin aylıq əməkhaqlarının, məzuniyyət, bülleten (xəstəlik vərəqəsi) və son haqq-hesablarının hesablanması.
  2. Məcburi ödəmələr: Əməkhaqlarından tutulan gəlir vergisi, sosial sığorta (DSMF) və işsizlikdən sığorta haqlarının hesablanması və köçürülməsi.
  3. Kadr uçotu: İşçilərin işə qəbulu, işdən azad edilməsi və əmək müqavilələrinin elektron sistemdə qeydiyyatı.

Vergi və Hesabatlılıq

  1. Bəyannamələrin hazırlanması: Vahid bəyannamənintərtib edilərək Dövlət Vergi Xidmətinə göndərilməsi.
  2. Statistika və DSMF hesabatları: Dövlət Statistika Komitəsinə və müvafiq qurumlara rüblük/illik hesabatların təqdim edilməsi.
  3. Vergi planlaması: Qanunvericilik çərçivəsində vergi risklərinin minimuma endirilməsi və vergi optimallaşdırılması.
  4. Mal-material uçotu: Anbardakı məhsulların, xammalın və hazır məhsulun hərəkətinə (mədaxil/məxaric) nəzarət.
  5. İnventarlaşdırma: Müəssisənin əsas vəsaitlərinin və mal-qarasının dövri dövrü sayılması, faktiki qalıqların mühasibat qeydləri ilə tutuşdurulması.
  6. Amortizasiya: Əsas vəsaitlərin aşınma (amortizasiya) xərclərinin hesablanması.
  7. Maliyyə hesabatlarının tərtibi: Balans hesabatı, RDMİS- maliyyə hesabatları ,pul vəsaitlərinin hərəkəti (Cash Flow) hesabatının hazırlanması.
  8. Debitor və kreditor borcların izlənilməsi: Debitor və kreditor borclar haqqında hesabat, həmçinin büdcə və büdcədənkənar hesabatlar
  9. Büdcə planlaması: Şirkətin gələcək dövrlər üçün gəlir və xərclərinin proqnozlaşdırılması.
  10. Təqaüdlərin verilməsi: Təhsil haqqlarının mədaxili, tələbələrə və işçilərə kart sifarişlərinin verilməsi və.s

Şöbənin əməkdaşları

Xəyal Yusifov

Xəyal Yusifov

Şöbə müdiri

Kəminə Məmmədova

Aparıcı mühasib

Sevda Məmmədova

Aparıcı mühasib

Məhruqə İsmayılova

Mühasib

Şahin Husizadə

Mühasib

Bütün şöbələr