Gündəlik və Cari Mühasibat Əməliyyatları
- İlkin sənədlərin tərtibi: Hesab-fakturaların (e-qaimə), kassa mədaxil və məxaric orderlərinin, aktların və digər ilkin sənədlərin hazırlanması.
- Məlumatların sistemə daxil edilməsi: Bütün maliyyə əməliyyatlarının (alış, satış, ödənişlər) mühasibat proqramlarına (məsələn, excell) işlənilməsi.
- Bank və kassa əməliyyatları: Bank çıxarışlarının yoxlanılması, ödəniş tapşırıqlarının hazırlanması, nağd pul dövriyyəsinin izlənilməsi.
Kadr və Əməkhaqqı Mühasibatlığı
- Əməkhaqqı hesablanması: İşçilərin aylıq əməkhaqlarının, məzuniyyət, bülleten (xəstəlik vərəqəsi) və son haqq-hesablarının hesablanması.
- Məcburi ödəmələr: Əməkhaqlarından tutulan gəlir vergisi, sosial sığorta (DSMF) və işsizlikdən sığorta haqlarının hesablanması və köçürülməsi.
- Kadr uçotu: İşçilərin işə qəbulu, işdən azad edilməsi və əmək müqavilələrinin elektron sistemdə qeydiyyatı.
Vergi və Hesabatlılıq
- Bəyannamələrin hazırlanması: Vahid bəyannamənintərtib edilərək Dövlət Vergi Xidmətinə göndərilməsi.
- Statistika və DSMF hesabatları: Dövlət Statistika Komitəsinə və müvafiq qurumlara rüblük/illik hesabatların təqdim edilməsi.
- Vergi planlaması: Qanunvericilik çərçivəsində vergi risklərinin minimuma endirilməsi və vergi optimallaşdırılması.
- Mal-material uçotu: Anbardakı məhsulların, xammalın və hazır məhsulun hərəkətinə (mədaxil/məxaric) nəzarət.
- İnventarlaşdırma: Müəssisənin əsas vəsaitlərinin və mal-qarasının dövri dövrü sayılması, faktiki qalıqların mühasibat qeydləri ilə tutuşdurulması.
- Amortizasiya: Əsas vəsaitlərin aşınma (amortizasiya) xərclərinin hesablanması.
- Maliyyə hesabatlarının tərtibi: Balans hesabatı, RDMİS- maliyyə hesabatları ,pul vəsaitlərinin hərəkəti (Cash Flow) hesabatının hazırlanması.
- Debitor və kreditor borcların izlənilməsi: Debitor və kreditor borclar haqqında hesabat, həmçinin büdcə və büdcədənkənar hesabatlar
- Büdcə planlaması: Şirkətin gələcək dövrlər üçün gəlir və xərclərinin proqnozlaşdırılması.
- Təqaüdlərin verilməsi: Təhsil haqqlarının mədaxili, tələbələrə və işçilərə kart sifarişlərinin verilməsi və.s
Сотрудники отдела