ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasının tələbələri “Sabah FC – FC Barcelona” qarşılaşmasında könüllü kimi iştirak edərək beynəlxalq idman tədbirinin təşkilati prosesində fəal iştirak ediblər.

Qarşılaşmanın keçirildiyi stadionda tələbələr qonaqların qarşılanması, istiqamətləndirilməsi və yerləşdirilməsi, eləcə də müxtəlif xidmət sahələri üzrə təşkilati işləri həyata keçiriblər.
Bu təcrübə tələbələr üçün komanda işi, operativlik, ünsiyyət, məsuliyyət və təşkilatçılıq bacarıqlarını real iş mühitində nümayiş etdirmək baxımından əhəmiyyətli olub.
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası