Vətənpərvərlik

Sabunçu tədris binasında “Qəhrəmanlıq zirvəsi” auditoriyasında dərslər davam etdirilir

K
Kontent Meneceri
19 Oct, 2026 11 baxış
Sabunçu tədris binasında “Qəhrəmanlıq zirvəsi” auditoriyasında dərslər davam etdirilir

Sabunçu tədris binasında “Humanitar və Sosial Fənlər” FBK müəllimləri tərəfindən “Qəhrəmanlıq zirvəsi” auditoriyasında Vətən müharibəsinə həsr olunan dərslər keçirilir.

Sabunçu tədris binasında “Humanitar və Sosial Fənlər” FBK müəllimləri tərəfindən “Qəhrəmanlıq zirvəsi” auditoriyasında dərslər davam etdirilir.


Keçirilən dərslər zamanı 44 günlük Vətən müharibəsinin gedişatı, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, Cəbrayıl, Hadrut, Füzuli və digər ərazilərin azad olunması haqqında tələbələrə məlumat verilib.


Xüsusilə 18 oktyabr 2020-ci ildə tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının ucaldılması diqqətə çatdırılıb. Bununla yanaşı, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü haqqında ətraflı məlumat verilərək Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyyəti, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində keçilən yol barədə danışılıb.


Dərslərdə, həmçinin Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik, Azərbaycan hərbçilərinin qəhrəmanlığı və qazanılmış Zəfərin tarixi əhəmiyyəti vurğulanıb.


“Qəhrəmanlıq zirvəsi” çərçivəsində Vətən müharibəsinin tarixi hadisələrinə həsr olunan dərslər tədris ili boyunca davam etdiriləcək.


#ADPU #ADPK #EATDA

Paylaş:

K

Müəllif

Kontent Meneceri

ADPK redaksiyası