Kollecin İnsan Resursları və İnformasiya şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Əmək Məcəlləsi, müvafiq qanunlar və normativ-hüquqi aktlar, Kollecin Nizamnaməsi və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, habelə şöbənin Əsasnaməsini rəhbər tutur. Şöbənin əsas məqsədi, kollecdə insan resursları siyasətinə uyğun olaraq, kolleci vaxtında, vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etməkdir.
Əməkdaşların peşə hazırlığının, nəzəri biliklərinin və praktiki bacarıqlarının inkişafını təmin etmək məqsədilə onların əlavə təhsilini və təlimini təşkil etmək, həmçinin kollecdə daim komanda ruhunu qorumaq, əməkdaşların maddi, mənəvi və sosial tələbatlarını ödəmək yolu ilə onların motivasiya səviyyəsini artırmaq, məhsuldarlıqlarını yaxşılaşdırmaq və kollecdəki bağlılıqlarını təmin etmək əsas fəaliyyət istiqamətlərindəndir.
Şöbə insan resurslarının idarə edilməsində “3R” prinsipinə əsaslanır:
Right time – düzgün zamanda
Right position – düzgün vəzifəyə
Right person – düzgün şəxsin təyin olunması
Bu prinsipə uyğun olaraq, əməkdaşın vaxtında və uyğun vəzifəyə təyin edilməsi şöbənin əsas prioritetlərindəndir.
Ünvan: Azərbaycan Dövlət Pedaqoji Kolleci – Yasamal tədris binası, II mərtəbə, otaq № 202.
Şöbənin əməkdaşları