Новости

“Bir hekayə, bir hüquq” layihəsi çərçivəsində hüquqlara dair rəqəmsal təsvirlər yaradılıb

K
Kontent Meneceri
17 Nov, 2026 18 просмотров
“Bir hekayə, bir hüquq” layihəsi çərçivəsində hüquqlara dair rəqəmsal təsvirlər yaradılıb

Uşaq Hüquqları Aylığı çərçivəsində psixoloq Aytən Orucovanın təşəbbüsü ilə İnformasiya texnologiyaları və sosial xidmətlər şöbəsinin tələbələri “Bir hekayə, bir hüquq” layihəsi üzrə hüquqlara dair rəqəmsal təsvirlər yaradıblar.

Hər bir uşağın hüququ eynidir!


Uşaq Hüquqları Aylığı çərçivəsində psixoloq Orucova Aytənin təşəbbüsü ilə İnformasiya texnologiyaları və sosial xidmətlər şöbəsinin tələbələri ilə birlikdə hüquqlarımızı öyrəndik, araşdırdıq və yaradıcılıqla ifadə etdik.


Ötən ildən davam edən “Bir hekayə, bir hüquq” layihəsinə bu dəfə rəqəmsal dünyanın və süni intellektin imkanlarını da qatdıq. Tələbələrimiz öz duyğularından, ətraf aləmi gördükləri rənglərdən və şəxsi baxışlarından ilhamlanaraq hüquqlara dair rəqəmsal təsvirlər yaratdılar.


Həssas qruplara mənsub tələbələrimizin də bu yaradıcı prosesə qoşularaq maarifləndirici bilbordlar hazırlaması fəaliyyətimizə xüsusi məna qatdı. Çünki hər bir fikir dəyərlidir, hər bir səs eşidilməlidir.

Поделиться:

K

Автор

Kontent Meneceri

Редакция ADPK