Tələbə Gənclər Təşkilatı- TGT

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin 15 fevral 2005-ci il 41 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Kollecdə Tələbə Gənclər Təşkilatı 2007-ci ildə təsis edilib. Təşkilata hazırda Cəbiyeva Gülnar Rövşən qızı sədrlik edir. Tələbə Gənclər Təşkilatı ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşan tələbələrin ictimai birliyidir. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə və təşkilatın əsasnaməsinə uyğun fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-aynılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikamızın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Əlbəttə, bütün bunlar Kollecdə təhsil alan gənclərin əmyi və işgüzarlığı nəticəsində mümkün olur. Kollec bu gün gənclərə böyük həyata aparan yolu göstərməklə yanaşı, onlar həm də yüksək ixtisaslı kadrlar olmağa ruhlandırır. Təşkilat yarandığı gündən bu vaxta qədər:

- Azərbaycan Respublikasının dövlətçiliyinə sədaqətli gənc nəslin yetişdirilməsi məqsədilə kollecdə tədbirlər həyata keçirir;

- Tələbələrin sosial problemlərini həll etməyə çalışır, tələbələr arasında maarifləndirmə işi aparır;

-  Kollecdə tələbə gənclərin tərbiyəsinin, asudə vaxtının səmərəli təşkilinin, onların fiziki, psixoloji sağlamlığının, istedad və qabiliyyətinin artırılması qayğısına qalır; tələbələrin hüquqlarını təmin edir;

-  Tələbə-gənclər birliklərinin işini təşkil edir;

- Tələbə-gənclərin fiziki sağlamlığının qayğısına qalır, idmanın və bədən tərbiyəsinin inkişafına çalışır;

- Tələbə-gənclərin yaradıcılıq sərgilərini, baxış-müsabiqələrini, bayram və idman yarışlarını təşkil edir;

- Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin iştirakını təmin edir;

- Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsini həyata keçirir.

Təşkilat yarandığı gündən kollecdə bir çox mədəni-kütləvi tədbirlər, görüşlər keçirilib.
Tələbə-Gənclər Təşkilatının nəzdində müxtəlif klublar fəaliyyət göstərir: İdman klubu, xeyriyyə klubu, kitab klubu, debat klubu, incəsənət klubu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
09.03.2021 tarixdə kitabxananın təşəbbüsü ilə kitabxana fonduna yeni daxil olmuş “İnklüziv təhsilə ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…