“Humanitar fənlər” fənn birləşmə komissiyası

 

Fənn birləşməsi komissiyasının sədri

 

Musayeva  Aidə Qurban qızı  1970 –ci ildə Bərdə rayonunda anadan olub. 1995-ci ildə ADPU-nun tarix-hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildən Pedaqoji kollecdə əmək fəaliyyətinə başlayıb.Elmi iş üzərində işləyir. AMEA-nın Tarix muzeyinin dissertantıdır. Təhsil sahəsində əməyi qiymətləndirilib. Azərbaycan Dövlət Pedaqoji Kolecinin 95 illik yübleyi  ərəfəsəsində Təhsil Nazirliyinin fəxri  fərmanı  ilə təltif edilib. 2009-cu ildə isə Kollecin müdriyyəti tərəfindən fəxri fərmanla təltif edilib. Müxtəlif illərdə kurslarda olmuş və sertfikatlarla təmin edilmişdir: Mədəd-2009, İNTEL-gələcək-2010, ADPU-Humanist pedaqogika (21-22 dekabr) 2016, ADPU-nun Humanist pedaqogika (22-25 dekabr )2016, Mimiö-2011TİPİ-2015,Yeni  fənn kurikulumlarının tətbiqi və müasir təlim Texnalogiyaları. 1997- ci ildən Musayeva Aidə Qurban qızı  Humanitar fənlər fənn birləşmə komissiyasına rəhbərlik edir.


 

 “Humanitar fənlər”  fənn birləşmə komissiyasının tərkibi  16 müəllimdən ibarətdir. .Humanitar fənlər fənn birləşmə komissiyasında çalışan müəllimlər tam ali təhsilli, magistr və bakalavr təhsili almış müəllimlərdir. Müəllimlərdən Hüseynova Könül doktorant kimi elmi yaradıcılığını davam etdirir. Fənn birləşmə komissiyasına daxil olan müəllimlərdən Zalıyeva Nailə( iki dəfə ) və Nadiri Hümeyrə kollecin rəhbərliyi tərəfindən təhsil sistemindəki fəaliyyətlərinə görə fəxri fərmanla təltif ediliblər.Bundan əlavə fənn birləşmə komisiyasına daxil olan müəllimlərin əksəriyyəti muxtəlif kurslarda olmuş sertfikatlar almışlar. Fənn birləşməsinin müəllimləri həm Azərbaycan tarixi, Ümumi tarix həm də fənn birləşməsinin dərs yükünə seçmə fənn kimi daxil olan Fəlsəfə, Hüququn əsasları Politologiya  kimi fənləri də tədris edirlər. Fənn birləşmə komissiyasında tədris olunan fənlər blokuna aşağıdakılar daxildir: Ümumtəhsil fənləri (bütün ixtisaslar üzrə): Azərbaycan tarixi, Ümumi tarix (Azərbaycan və rus bölməsi üzrə) Seçmə fənlər blokuna daxildir: Fəlsəfə, Hüququn əsasları, Politologiya. Hər il olduğu kimi, 2018–2019-cu tədris ilində də müəllimlərimiz müxtəlif təlim və treninqlərdə iştirak etmişlər. ADPU-da təşkil olunan inklüziv təhsillə bağlı təlimdə, 17-26 aprel tarixlərində ADPU-nun nəzdində ADPK-da “Siyasi psixologiya mərkəzi”nin təşkilatçılığı ilə keçirilən təlimlərdə müəllimlərimiz fəal iştirak etmişlər. Əldə etdikləri yenilikləri öz dərslərində tətbiq edirlər.Demək olar ki, fənn komissiyasının müəllimlərinin əksəriyyəti dərslərində yeni  təlim texnalogiyalarından və İKT-dən istifadə edirlər.2016-17, 2017-2018-ci tədris ilində müəllimlər tərəfindən fənn bloku üzrə 6 fəndən standartlara uyğun yeni  işçi proqramları və sillabuslar hazırlanmışdır. Hər ayın əvvəlində fənn komissiyasının iclasları çağrılır. İclaslarda fənn müəllimlərinin illik dərs yükünün müəllimlər arasında paylanması və təsdiqi, illik iş planının işlənməsi və təsdiqi, mövzu-təqvim planlarını tədris planına uyğun hazırlanması və təsdiq edilməsi, fərdi iş planlarının hazırlanması və müzakirəsi, qarşılıqlı dərs dinləmələrin təşkil edilməsi və birgə müzakirə olunması, fənn komissiyası üzvlərinin nümunəvi dərslərinin qrafikini tərtibi və təsdiqi, imtahan biletlərinin suallarını hazırlaması, məsləhət saatlarının təşkili , sillabusların tədris planına uyğun hazırlaması və təsdiq edilməsi,fənn birləşməsinin iclaslarında müzakirə olunur.Ekskursiyalar, tədbirlər, sərgilər, açıq dərslər, dərs dinləmələr, olimpiadalar, seminarlar təşkil olunur. İmtahan biletləri, imtahan sualları,kollokviumlar, KSQ və BSQ-lər, illik və yarımillik hesabatlar hazırlanır və rəhbərliyin göstərişləri əsasında keçirilir.Hər tədris ilinin əvvəlində Tarix kabinetinin iş planını kabinet müdiri tərəfindən tərtib edilir və tədris ilinin ilk iclasında müzakirə edilir və tədiq edilir. Azərbaycan tarixi , Fəlsəfə, Politalogiya, Hüququn əsasları və Sosialogiya fənnləri üzrə yeni proqramlar işlənib hazırlanmışdı.Proqramlarda, tədris olunan fənnin əsas məqsədi, fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar, fənnin vəzifələri, fənnin məzmunu öz əksini tapmışdır. Fənn Komissiyasında çalışan müəllimin gündəlik dərs planı (planlaşdırma) haqqında fikirlər dinlənilir və müzakirə olunur. Dərsin planı hər bir müəllim üçün vacibdir. Dərsin planı tərtib olunarkən, adətən gələcək dərs proqnozlaşdırılır, bir növ onun ssenarisi hazırlanır. Müəllim dərs planının həcminin, məzmunun və strukturunun müəyyən edilməsində sərbəstdir.

Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…