Explore

Orta ixtisas təhsil müəssisələrindən köçürülmə zamanı ən çox verilən suallar

Orta ixtisas təhsil müəssisələrindən köçürülmə zamanı ən çox verilən suallar:

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?

Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların bir orta ixtisas təhsili müəssisəsində və ya ixtisasından digərinə köçürülməsi hansı qaydada həyata keçirilir?

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış transfer.edu.az elektron portalı vasitəsilə, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasından digərinə köçürülməsi nə vaxt həyata keçirilir?

Orta ixtisas təhsili müəssisələrində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi qış və yay tətili dövründə həyata keçirilir.

Orta ixtisas təhsil müəssisələrində təhsilalanlar digər orta ixtisas təhsili müəssisəsinə və ya ixtisasına hansı semestrdən köçürülə bilər?

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud Qaydalara əsasən ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ var.

Əgər tələbə dövlət hesabına təhsil alırsa köçürüldükdən sonra o, hansı formada təhsilini davam etdirir?

Bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən və ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Ölkə daxilində tələbənin bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasından digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?

Ölkə daxilində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən (və ya ixtisasdan) digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda (qəbul ilindən asılı olaraq ümumi təhsil pilləsində yekun qiymətləndirmə imtahanlarında və ya orta ixtisas təhsili müəssisəsinə qəbul imtahanlarında) tələbənin topladığı bal (daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yerləşən kollecə öz ixtisası üzrə köçürülmək istədiyi halda isə topladığı balın 1.5 misli) qəbul olunduğu ildə köçürülmək istədiyi orta ixtisas təhsili müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın və akademik göstəriciləri yüksək olsun.

Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbənin hansı ixtisaslara köçürülmək hüququ var?

Tələbənin təhsil aldığı və köçürülmək istədiyi ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr təhsilalma formasını necə dəyişə bilər?

Tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında direktorun əmri ilə həyata keçirilir.

Bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasında digərinə köçürülmək istəyən tələbə hansı sənədləri toplamalıdır?

- tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd (akademik transkript); - şəxsin təhsil aldığı orta ixtisas təhsili müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmadığını və akademik məzuniyyət müddətinin başa çatdığını təsdiq edən müvafiq sənəd (akademik məzuniyyətdən qayıdan şəxslər üçün); - orta ixtisas təhsili müəssisəsinə qəbul olunarkən topladığı bal haqqında sənəd.

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrində təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ var?

Bəli

Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi hansı qaydada aparılır?

Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda müraciətləri əsasında baxılır.

Əgər tələbə bakalavriat səviyyəsində dövlət hesabına təhsil alırsa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?

Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər və köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.

Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz?

Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan orta ixtisas təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Tədris planı

İxtisaslar üzrə illik işçi tədris planı – ixtisasın tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəd.

Qeyd edilmiş linkdən yükləyə bilərsiniz: 

Tədris planı

Normativ-hüquqi sənədlər

  1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.
  2. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası.
  3. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı.
  4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi
  5. Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası
  6. Ali təhsil pilləsinin dövlət standartı və proqramı
  7. Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları
  8. Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları
  9. Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları
  10. Doktoranturaların yaradılması və qəbul Qaydalarında dəyişiklik 
  11. Xaricde doktoranturada təhsil alacaq vətəndaşların seçim Qaydaları 
  12. Xaricde doktorantura təhsilinin maliyyələşdirilməsi Qaydaları 
  13. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
  14. ADPU-nun Nizamnaməsi.
  15. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilindəvə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsindəkredit sistemi ilə tədrisin təşkili Qaydaları.
  16. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar.
  17. Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif‐İxtisas Sorğu Kitabçası.
  18. Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası.
  19. Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları.
  20. Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə.
  21. Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə
  22. Ali məktəbin bakalavr pilləsində buraxılış işlərinin hazırlanması Qaydaları.
  23. Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə.
  24. Dissertasiyaların tərtibi Qaydaları (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 19 sentyabr 2003-cü il tarixli (protokol №12) və 06 iyun 2004-cü il tarixli (protokol №11) qərarları ilə edilmiş dəyişikliklərlə).
  25. Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası
  26. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları
  27. Azərbaycan Respublikasinin Miqrasiya Məcəlləsi
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…