Korreksiyaedici  təlim şöbəsi

 

Şöbə müdiri

   Quliyeva Aygün Nadir qızı 1975-ci ildə Bakı şəhərində anadan olub. Nadejda Krupskaya adına 174 nömrəli tam orta məktəbi bitirib. Naxçıvan Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogika və metodikası”nı fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika və psixologiya fənn birləşmə komissiyasının müəllimi kimi fəaliyyətə başlamışdır. Azərbaycan Dövlət Pedaqoji Kollecində “Pedaqogika, Məktəbəqədər pedaqogika, Pedaqoji ustalığın əsasları, Milli əxlaqi dəyərlər, Psixologiya, Yaş psixologiyası, Pedaqoji psixologiya, Müasir təlim  texnologiyaları fənlərini tədris etmişdir. Beynəlxalq layihələrin iştirakçısı olmuş, müxtəlif sertifikatlarla təltif olunmuşdur: İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş Məktəbmüəllimləri və təhsil müəssisələrinin işçiləri üçün “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris”, «Международный Центр Гуманной Педагогики” Сертификат авторского семинара академика РАО, почетного президента Международного Центра Гуманной Педагогики Ш. А. Амонашвили на тему: УРОКИ В ГУМАННОЙ ПЕДАГОГИКЕ; “Fəal təlimin metodları”, “İKT-nin təlim prosesində tətbiqi” mövzusunda təlim kurslarını müvəffəqiyyətlə bitirmiş; “Certificate of Participation National Institute of Education Nanyang Texnological University” və s. təlim kurslarını müvəffəqiyyətlə bitirmişdir. 2018-ci ildə Kollecdəki səmərəli fəaliyyətinə, təşəbbüskarlığına və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərinə görə Kollecin direktoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir.

2016-2017-ci tədris ilindən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Məktəbəqədər təhsildə Korreksiyaedici təlim ixtisası üzrə kiçik mütəxəssis (subbakalvr) hazırlığına başlanılmışdır. Elə həmin ildən İbtidai sinif müəllimliyi üzrə kiçik mütəxəssis (subbakalvr) hazırlığına qəbul dayandırılmış və İbtidai Təhsil Şöbəsinin bazasında “Məktəbəqədər təhsildə korreksiyaedici təlim” şöbəsi yaradılmışdır. 2019-20-ci tədris ilindən isə şöbənin adı “Korreksiyaedici təlim” adlandırılmışdır. Beynəlxalq aləmdə Korreksiyaedici təlim-Special Education, Özəl Eğitim, Korreksion psixologiya, Defektologiya kimi terminlərlə ifadə olunur. “Korreksiyaedici təlim” şöbəsinin məqsədi tələbələrdə peşə keyfiyyətləri formalaşdırmaq, onlara xüsusi pedaqogikanın ayrı-ayrı sahələri haqqında müəyyən biliklər aşılamaq, müəyyən psixofizioloji qüsurların nizamlanması istiqamətində praktik bacarıqlar yaratmaqda dəstək olmaqdır. Məktəbəqədər təhsildə korreksiyaedici təlim şöbəsi tələbələrin pedaqoji təcrübəyə nəzəri cəhətdən hazırlığını peşəkar müəllimlər tərəfindən həyata keçirir.

   Şöbədə təhsil alan tələbələr yiyələnir:

  • Fiziki və psixi çatışmazlıqları olan uşaqların müxtəlif yaş dövründə fizioloji və psixoloji inkişafına əsaslanaraq tərbiyə və təlim prosesini həyata keçirilməsi haqqında bilik və bacarıqlara;
  • Məktəbəqədər təhsildə korreksiyaedici təlim və ibtidai sinif müəllimliyi şöbəsində təhsil alanların əmək bazarının tələbatına uyğun kadr hazırlığı, təhsil müəssisəmizdə informasiya kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili müvəffəqiyyətlə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
09.03.2021 tarixdə kitabxananın təşəbbüsü ilə kitabxana fonduna yeni daxil olmuş “İnklüziv təhsilə ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…