"Keyfiyyət təminatı" şöbəsi

Şöbə müdiri      

         

 

 Rüstəmova Nuray Fərman qızı 21 may 1990-cı ildə Ucar şəhərində anadan olmuşdur. 1996-2007-ci illərdə Bakı şəhərində 146 saylı   tam orta məktəbdə təhsil   almışdır. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyaziyyat ixtisası   üzrə bakalavr təhsili almış, 2011-2014-cü illərdə isə Optimal proseslərin riyazi üsulları ixtisası üzrə magistr təhsilini tamamlamışdır. 2015-   ci ilin yanvar ayında Azərbaycan Turizm və Menecment Universitetinin İqtisadi fəaliyyət növləri ixtisası üzrə dissertanturasına daxil   olmuşdur. 5 məqalənin müəllifi, 1 tədris proqramı və 1 dərs vəsaitinin həmmüəllifidir.  2013-2014-cü tədris ilindən etibarən pedaqoji   fəaliyyətlə  məşğuldur və “Menecmentin əsasları”, “Menecment nəzəriyyələri”, “Biznes logistikası”, “Peşə etikası”fənlərini tədris edir.

 

Keyfiyyət təminatı şöbəsi, 01 iyul 2019-cu il tarixində yaradılmışdır. Şöbənin yaradılmasında məqsəd, Azərbaycan Respublikasının təhsil qanunvericiliyini əsas götürərək , ADPU-nun nəzdində ADPK-nın əsasnaməsinə müvafiq olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi yönümlü işlərin aparılması, imtahan işinin operativ, şəffaf və yüksək səviyyədə təşkil olunması, eyni zamanda, tədris ili müddətində şöbələr üzrə dərslərin keçirilməsinə, tələbə və müəllim heyətinin dərslərə davamiyyətinin monitorinqlərinin aparılmasından ibarətdir. Şöbənin fəaliyyətləri sırasına:

  • Şöbələr üzrə imtahan keçiriləcək fənlər haqqında məlumatlar, imtahan rəhbərlərinin, imtahan koordinatorlarının və s. müəyyənləşdirilməsi;
  • Tələbə qəbulunun, imtahan nəticələrinin qiymətləndirilməsini həyata keçirmək, nəticələr barədə məlumat və hesabatlar hazırlamaq;
  • Tədris prosesinin müasir tələblərə uyğun, interaktiv metodlarla təşkili və keçirilməsinə nəzarətin gücləndirilməsini həyata keçirmək;
  • Şöbələrdə tədrisin keyfiyyətini artırmaq üçün smestr ərzində tələbələrlə ən azı iki dəfə görüşərək, onlarla sorğular keçirmək və tədrisin keyfiyyəti barədə əks əlaqə almaq;
  • Fənlər üzrə sillabusların, tədris vəsaitlərinin, təqdimatların, qiymətləndirmə materiallarının bazasının yaradılmasını təmin etmək;
  • Fənlər üzrə sillabusların, tədris vəsaitlərinin, təqdimatların, qiymətləndirmə materiallarının müasir standartlara uyğunluğunu yoxlayır və sillabus mövzularının müasirləşdirilməsi və iş dünyasının tələblərinə uyğun olaraq hazırlanması ilə əlaqədar təkliflər hazırlamaq;
  • Fənn birləşmə komissiyaları tərəfindən hazırlanmış imtahan suallarının müəyyən olunmuş qaydalara əsasən qəbul edilməsi və təqdim olunmasını təmin etmək;
  • İmtahan sessiyalarına hazırlıq, imtahanların vaxtında keçirilməsini təmin etmək, sənədlərin hazırlanması, imtahanların keçirilməsinin təşkili;
  • Yekun Buraxılış Attestasiyasına hazırlıq işlərinin təşkili və keçirilməsi;
  • Smestrlər ərzində davamlı olaraq dərslərin keçirilməsinin monitorinqi və tələbələrin müvafiq qaydalara uyğun olaraq davamiyyətlərinin yoxlanılmasını təşkil etmək.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…