Print this page

Səriştəli və savadlı praktik mütəxəssis olmaq istəyənlər ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə müraciət edə bilərlər.

25 May 2021 Author :  
Qloballaşan dünyada yüksək rəqabətli əmək bazarının tələblərinə cavab verən səriştəli və savadlı praktik mütəxəssis olmaq istəyənlər ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə müraciət edə bilərlər.
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində ixtisaslar üzrə kadr hazırlığı keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilir. Kollecimizdə tələbələrin təhsil alması ilə yanaşı müxtəlif təşkilatlarla birgə sosial layihələr də həyata keçirilir. Bizi seçməklə siz peşə bacarıqları ilə yanaşı həm də sosial bacarıqlara yiyələnmək şansı əldə edəcəksiniz. Azərbaycan Dövlət Pedaqoji Kolleci müasir tələblərə cavab verən maddi-texniki bazaya və akademik bacarıqlara malik olan pedaqoji kadr potensialına malikdir. Tədris prosesində innovativ üsulların tətbiqi, kreativ yanaşma metodlarından istifadə nəticəsində kollecdə təhsilin səviyyəsi yüksəlmişdir. Bunun nəticəsidir ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci 2018, 2019 və 2021-ci illərdə “Məktəbguşəsi.az” sayıtının keçirdiyi sorğu nəticəsində 3 dəfə ölkənin ən yaxşı kolleci nominasiyasına layiq görülmüşdür. Kollecimizə tələbə qəbulu ümumi orta təhsil (9 illik) bazası və tam orta təhsil (11 illik) bazası üzrə aparılır. Azərbaycan Dövlət Pedaqoji Kolleci olaraq, sizə hər iki orta təhsil bazası üzrə aşağıdakı ixtisaslarda təhsil almağı təklif edirik:
 
✅“Məktəbəqədər təlim və tərbiyə”;
✅“Ailə və ev təhsili”;
✅“İnklüziv təhsil”;
✅“Sosial iş”;
✅“Fiziki tərbiyə müəllimliyi”
 
 
“Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 2015-ci il 1 may tarixli 125 saylı Qərarının 3.1.5 bəndinə (təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında) əsasən qəbul imtahanlarında iştirak etmədən Kollecimizdə ödənişli əsaslarla təhsil ala bilərlərsinz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın 2.1 bəndinə əsasən Bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq Kollecimizə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna bilərlər. Eyni zamanda Qaydaların 3.1 bəndinə əsasən subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas baza ali) tıbb təhsilinə) müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə ödənişli əsaslarla qəbul oluna bilərlər. Həmin Qaydaların 4.1 bəndinə əsasən Ali təhsil pilləsini başa vurmayanlar təhsilini ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində davam etdirə bilərlər.
Müasir əmək bazarının tələblərinə cavab verən kadr kimi yetişmək istəyənlər bizi seçə bilər!
 
 
126 Views
Aynur Məmmədli

Latest from  Aynur Məmmədli

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…