ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Qəhrəmanlıq Zirvəsi” auditoriyasının açılışı.

08 Yanvar 2021
Author :  
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində şəhid olmuş məzunların xatirəsini əbədiləşdirmək məqsədi ilə “Qəhrəmanlıq Zirvəsi” auditoriyası yaradılıb.
 
Əvvəlcə kollecin direktoru, dosent İsrayıl İsgəndərov Qarabağ müharibəsində iştirak etmiş tələbə və məzunlarımıza göstərdikləri şücaətə görə təşəkkür edib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra kollec əməkdaşları tərəfindən “Fiziki tərbiyə müəllimliyi” ixtisasının 2-ci kursunda oxuyan və 16.10.2020-ci il tarixində şəhid olmuş Ağaquliyev İlkin Saməddin oğlunun xatirəsinə həsr etdikləri video-çarx nümayiş etdirildi.
Daha sonra İ.İsgəndərov bildirdi ki, vətən müharibəsi hər bir Azərbaycan vətəndaşı üçün bir sınaq idi, bir mərdlik və şücaət sınağı idi. Bu sınaq prosesindən Azərbaycan xalqı öz birliyi, Müzəffər Ordusunun şücaəti, Ali Baş Komandanın səbri, təmkini, düzgün siyasi və taktiki planı ilə üzü ağ çıxdı. Cənab Prezidentin “2020-ci ilin yekunlarına həsr olunmuş müşavir"də dediyi kimi “Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.
Bütün təhsil icması ilə bərabər, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun tabeliyində olan müəssisələrin kollektivləri də bu sınaqdan üzü ağ çıxdı. ADPU-nun nəzdində ADPK-nın 12 nəfər tələbəsi bu vətən müharibəsində iştirak etdi və hər biri mərdliklə vuruşdu, qəhrəmanlıq göstərdi, həmçinin bəziləri medal və ordenlərlə təltif olundu. Tələbələrimizdən Zahir Fərəczadə, Ümid Qocayev və Həsən Məmmədov "Cəsur Döyüşçü" medalı, Əzizov Rəhman Füzuli və Xocavənd rayonlarının alınmasına görə" medal ilə təltif olunub. Ola bilər digər tələbələrimiz də təltif olunub və olunacaq, lakin hələlik bizdə olan məlumatlar bunlardır. Bizim məzunlarımız barədə fəxrlə deyə bilərik ki, onlar da müharibədə qəhrəmanlıqla iştirak ediblər.
Bütün bunların içində isə ən yüksək zirvəyə, şəhidlik zirvəsinə qalxan bizim şəhidlərimizdir. 1-ci Qarabağ savaşında 7, 2-ci Qarabağ savaşında 3 tələbəmiz və ya məzunumuz bu zirvəyə yüksəlib. Onların analarının, bacılarının, xanımlarının qarşısında baş əyir, onlara səbir diləyir, şəhidlərimizin ruhlarının şad olmasını arzulayıram.
Mən çıxışımı hörmətli nazirimiz Emin Əmirullayevin müsahibələrin birində dediyi bir ifadə ilə davam etdirmək istəyirəm. Bu gün Azərbaycan gəncləri vətən savaşında mərdlik, vətənpərvərlik, cəsurluq nümayiş etdirərək Qalib gəlibsə, deməli, bu qələbədə Azərbaycan Təhsilinin də kifayət qədər rolu var. Deməli, ümumiyyətlə götürsək, bütün çatışmazlıqlarımıza baxmayaraq, təhsilimizdə gənclərimizi təlim-tərbiyəsi əsasən düzgün istiqamətdə gedir.
Bizim rektorumuz professor Cəfər Cəfərovun tapşırığı ilə biz şəhidlərimizin xatirəsini əbədiləşdirmək, gələcəkdə tələbələrimizin hər birinin fəxr edəcəyi bu gəncləri tanımaqları üçün bu auditoriyanı “Qəhramanlıq Zirvəsi” adlandırmağı və gələcəkdə kollecə daxil olan tələbələrin kolleclə tanışlığını bu auditoriyadan başlaması qərarını verdik.
Hazırda bizim tədbirdə müharibədə iştirakçı tələbələrimiz, 1-ci Qarabağ müharibəsinin iştirakçıları, şəhid Ağaquliyev İlkin Saməddin oğlunun valideynləri iştirak edir."
Daha sonra tədbir iştirakçıları “Qəhramanlıq Zirvəsi” auditoriyası, şəhidlərimizin xatirələrini əks etdirən stendlərlə tanış oldular. Şəhidimizin atası İlkinin xoş xatirələrindən, uşaqlığından danışıb və həmin otağa və onun tələbə yoldaşlarına kompüter hədiyyə edib.
Şəhidlərimizin ruhunu əbədiyyən yaşatmaq bizim borcumuzdur!
Biz birlikdə güclüyük, Qarabağ Azərbaycandır!
 
 
 
 
949 Views
Aynur Məmmədli
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…