ADPU-nun rektoru Cəfər Cəfərov yüksək nəticə göstərmiş məzunlarla görüşüb

18 Aprel 2015 Author :  

İyulun 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov İbtidai təhsil fakültəsinin Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin test mərhələsində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 58 bal toplamış məzunu Aysel Məmmədova və ADPU-nun nəznində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) məzunları 58 bal toplamış Aidə Mikayılova, Sona Xəlilova və 54 bal toplamış Bəyim Talıbova ilə görüşüb.

Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professoru Ceyran Mahmudova, ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru, dosent İsrayıl İsgəndərov iştirak ediblər.

Rektor Cəfər Cəfərov yüksək nəticə göstərmiş məzunları təbrik edərək onlara gələcək pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.Qeyd edib ki, onların əldə etdikləri yüksək nəticələr ADPU-nun nüfuzuna müsbət təsir edir. Bizim əsas məqsədimiz Azərbaycan məktəblərini yüksək səviyyəli pedaqoji kadrlarla təmin etməkdir. Bu baxımdan sizin əldə etdiyiniz nəticə təqdirəlayiqdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professoru Ceyran Mahmudova, ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, ADPK-nin direktoru, dosent İsrayıl İsgəndərov məzunları təbrik edərək onlara daha böyük uğurlar arzulayıblar.
Aysel Məmmədova, Aidə Mikayılova, Sona Xəlilova və Bəyim Talıbova Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin tam şəffaf və obyektiv keçdiyinə, müəllim olmaq istəyən şəxslərə bilik səviyyələrini nümayiş etdirmək üçün lazımi şərait yaradıldığına görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər. Onlar həmçinin göstərilən diqqətə görə ADPU-nun rəhbərliyinə minnətdarlıq edərək həmişə məzunu olduqları universitetin adını öz bilik və bacarıqları, müsbət fəaliyyətləri ilə doğruldacaqlarını vurğulayıblar. 
​​Sonda məzunlara gül dəstələri və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

879 Views
Aynur Məmmədli
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…