Print this page

Kitabxana fəaliyyəti

18 Aprel 2015 Author :  

 Kitabxana işi haqqında Azərbaycan Respublikasınım Qanununda göstərildiyi kimi kitabxana — elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. ADPK nın kitabxanası da qanunda qeyd edilən əsas maddələr üzrə kolelcimizin müəllim və tələbə heyətinə yüksək səviyyədə kitabxana-biblioqrafiya xidməti göstərməyə çalışır.Kitabxanamızın fondunda otuz mindən çox Azərbaycan,rus, ingilis və digər dillərdə kitab, jurnal və dövrü mətbuat nümunələri , həmçinin digər elektron kitab və informasdiya daşıyıcıları var. Onlar kitabxanaya gəlmək imkanı olmadıqda belə elektron kitabxana fondundan istifadə etmək imkanına malikdirlər. Oxu zallarında eyni zamanda onlarla tələbə və müəllim heyəti istifadə edə bilir və orada yerləşən kompüterlər vasitəsilə oxucular birbaşa internet resurslarından istifadə edə bilirlər.

 Qeyd: Kitabxanadan istifadə etmək istəyən tələbələr tələbə bileti və şəxsiyyət vəsiqəsi ilə kitabxanaya üzv ola bilərlər.

779 Views
Aynur Məmmədli

Latest from  Aynur Məmmədli

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…