Print this page

645 və 646-cı qrup tələbələri “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”, “Qala Əntiq Əşyalar Muzeyi” və “Tullantıdan sənətə” muzeylərində ekskursiyada olublar

18 Aprel 2015 Author :  

9 aprel 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunun, 645 və 646-cı qrup tələbələri “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”, “Qala Əntiq Əşyalar Muzeyi” və “Tullantıdan sənətə” muzeylərində ekskursiyada olublar.

0 "Tullantıdan Sənətə" muzeyi "Təmiz Qala" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə açılıb. Burada, Azərbaycandan və dünyanın onlarla başqa ölkəsindən olan sənətkarların tullantı materiallardan istifadə edərək hazırladığı 100-dək sənət əsəri nümayiş olunur. Ekskursiya kollecin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundovanın şəxsi təşəbbüsü və Sosial-iqtisad Fənn Birləşmə Komissiyasının müəllimi İlahə Məmmədovanın dəstəyi ilə baş tutub.

692 Views
Aynur Məmmədli

Latest from  Aynur Məmmədli

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…