İxtisaslar
2020\2021-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Kollecində aşağıdakı ixtisaslar üzrə təhsil ala bilərsiniz.
Peşə Təlimi üzrə:
-Subbakalavr peşə hazırlığına uyğun olaraq, ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də bakalavr pilləsində təhsil almağa hazır olmalıdır;
-Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdə (vahid taarif cədvəlində bütün ştatlar üçün ümumi olan qulluqçu vəzifələri üzrə) və s. işləyə bilər;
-Mövcud qaydalara riayət olunmaqla, müxtəlif təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışa bilər.
Texnologiya müəllimliyi üzrə:
-Subbakalavr peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də bakalavr pilləsində təhsil almağa hazır olmalıdır.
-Mülkiyyət formasından və tabeliyindən asıılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində, təşkilat, idarələr, müəssisələr, birliklər və s. iş yerlərində işləyə bilərlər.
-Mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində, məktəbdənkənar tərbiyə müəssisələrində (vahid tarif cədvəlində bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələri üzrə) çalışa bilməlidir.
Fiziki tərbiyə müəllimliyi üzrə:
- Subbakalavr peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də bakalavr pilləsində təhsil almağa hazır olmalıdır;
- Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdə (vahid tarif cədvəlində bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələri üzrə) və s. işləyə bilər;
- Mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışa bilərlər.
Təsviri incəsənət müəllimliyi üzrə:
-Subbakalavr mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdə və s işləyə bilər;
-Məktəbəqədər, orta ümumtəhsil məktəblərində, incəsənət və muzey sahələrində peşə fəaliyyətinə,eləcə də təhsilini bakalavr pilləsində davam etdirməyə hazır olmalıdır.
Məktəbəqədər təlim və tərbiyə üzrə:
-Subbakalavr dövlət və qeyri-dövlət məktəbəqədər müəssisələrində, körpələr evində, uşaq bağçasında,körpələr evi-uşaq bağçalarında, xüsusi uşaq bağçalarında və uşaq evlərində tərbiyəçi fəaliyyətinə, eləcə də təhsilin bakalavr pilləsində davam etdirməyə hazır olmalıdır.
Məktəbəqədər təhsildə korreksiyaedici təlim üzrə:
-Subbakalavr dövlət və qeyri-dövlət məktəbəqədər müəssisələrində, uşaq bağçasında, xüsusi uşaq bağçalarında və uşaq evlərində, əlilliyi olan uşaqlar üçün təşkil olunmuş xüsusi müəssisələrdə tərbiyəçi fəaliyyətinə, eləcə də təhsilin bakalavr pilləsində davam etdirməyə hazır olmalıdır.
Ailə və ev təhsili üzrə:
Subbakalvr fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə bakalavr təhsili almağa hazır olmalidir.
- Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri: dövlət və qeyri dövlət təhsil müəssisələri, o cümlədən təşkilatlar, mərkəzlər, birliklər və s. işləyə bilər.
- Mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində, ( məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil məktəblərində, günüuzadılmış qruplarda, internat tipli məktəblərdə, uşaq evlərində ) ailədə fiziki imkanları məhdud , sağlam məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarla çalışa bilərlər.
Sosial iş üzrə:
-Əhalinin müxtəlif qruplarına (əlil,kimsəsiz yaşlı insanlarla,risk qupuna aid olan şəxslərə) sosial xidmət;
-İlkin əmək kollektivlərində (səhiyyə,təhsil,sosial müdafiə) sosial xidmət göstərmək;
-Mülkiyyət formasıdan və tabeliyindən asılı olmayaraq,peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn,həyat fəaliyyətini təmin edən müxtəlif sahələrdə ehtiyacı olanlara sosial yardım işinin təşkili və keçirilməsini bacarmalıdır;
-Mövcud qaydalara riayət olunmaqla,sosial işçilər nazirliklərdə,dövlət idarələrində,klinika və xəstəxanalarda,ümumi və xüsusiləşdirilmiş təhsil ocaqlarında çalışaraq,insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün proqramlar hazırlayaraq həyata keçirməlidir.